“Qolos Armenii”: ”Paşinyanın yeni iş yerləri barədə dedikləri yalandır”
Tarix: 01.11.2019 | Saat: 16:24:00 | E-mail | Çapa göndər


Ermənistanın baş naziri özünün şəxsi «Facebook» səhifəsində yenidən ölkədə «açdığı» iş yerləri ilə bağlı açıqlamalar verib. Özü də necə açıqlamalar... Belə ki, Nikol bəyan edib ki, hakimiyyətdə olduğu qısa müddət ərzində ölkədəki bütün bütün çətinliklərə baxmayaraq, artıq 65 min yeni iş yeri açmağa «müvəffəq olub».
Ermənilərin «Qolos Armenii» saytı bunu gözəl xəbər olmaqla yanaşı, həm də baş nazirin populist fikirlərinə inananların sevincinə səbəb olacağını da gizlətmir. Təbii ki, bu alqışlanmalıdır. Çünki bundan bir müddət əvvəl baş nazirin təkcə sentyabr-oktyabr aylarında 9 min 932 iş yerinin açıldığı barədə dedikləri ölkədə şok yaratmışdı. Ölkənin bir çox açıqfikirli ziyalılarının baş nazirin bu faktları hardan əldə etdiyi barədə sorğuları, təbii ki, cavabsız olaraq qalmaqdadır. Çünki bu gün Ermənistanda baş nazirin istinad etdiyi göstəricilərə etiraz etmək faydasız bir məşq kimi görünsə də, buna müdaxilə etməyə cəhd etmək də yersizdir. Təkcə, biz bu «çox yaxşı xəbər»ə sevinməliyik və ya sevinməyə çalışmalıyıq. Ökəmizdə dayanmadan açılan iş yerlərinin tempindən məmnun olmalıyıq. Əgər biz «xalqın baş naziri»nin sentyabr-oktyabr dövründə qeyd etdiyi tempi qoruya bilsək, deməli, tam iki il sonra Ermənistanda 238 min 368 yeni iş yerinin açılacağını görəcəyik. Bu rəqəm isə ölkədəki işsiz ermənilərlə, təxminən, eynidir. Yəni belə görünür ki, 2021-ci ilin oktyabrına qədər Ermənistanda bir nəfər də olsun işsiz qalmayacaq. Hətta iş yerləri ilə bağlı rəqabət də artacaq. Paşinyanın bu mifologiyasının müəyyən insanlarda, qısa müddətdə də olsa, sevinc hissi yaratmasına «əhsən» deyən sayt, baş nazirin diqqətinə bəzi xatırlamaları da çatdırmıqdan çəkinmir. Sayt Nikola çatdırır ki, adətən, iş yerləri yaranmır, əksinə, yaradılır. Bu isə daha çox investisiya qoyan xüsusi şirkətlər tərəfindən həyata keçirilir.

Paşinyan anlaya bilmir ki, bir ay ərzində 10 min iş yeri açılan ölkəyə təqribən 2 milyard dollar sərmayə qoyulmalıdır. İl yarım ərzində 75 min iş yeri yaratmaq üçün 15 milyard dollar sərmayə lazımdır. Axı, bu qədər də xalqı aldatmaq olmaz

İndi Paşinyan onun hakimiyyətdə olan ərəfədə Ermənistana investisiya qoyan şirkətlərdən, çox demirəm, heç olmasa birinin adını çəksin. Əgər ölkəyə heç bir investisiya yatırılmayıbsa, əcəba, bu qədər iş yerləri hardan çıxdı belə? Paşinyan anlaya bilmir ki, bir ay ərzində 10 min iş yeri açılan ölkəyə təqribən 2 milyard dollar sərmayə qoyulmalıdır. İl yarım ərzində 75 min iş yeri yaratmaq üçün 15 milyard dollar sərmayə lazımdır. Bu qədər də xalqa yalan satmaq olmaz, axı...
Baş nazirin vaxtaşırı olaraq ölkədəki iş yerlərinin artdığı barədə yalan xəbərlər yaymasının mahiyyətini anlamaqda çətinlik çəkdiyini gizlətməyən sayt Nikolun bunu kimin üçün etdiyini də anlamadığını bildirir. Sayt, ölkədə iş yerinə ehtiyacı olanların sayının çoxluğuna rəğmən, Paşinyanın bununla onları əlindəki «sehirli çubuğ»un hələ də nələrəsə qadir olduğunu inandırmağa çalışdığını ehtimal edir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Paşinyan: “Münaqişəsinin həlli ilə bağlı Sarkisyanın, Köçəryanın və Ter-Petrosyanın düsturlarından istifadə etməyəcəyəm”
20.11.2019
Qazaxıstan Prezidenti Beynəlxalq Türk Akademiyasının işini yüksək qiymətləndirdi
19.11.2019
Sərksyan istintaqa çağırılır...
18.11.2019
Tbilisidə aksiyanın dağıdılması zamanı biri polis olmaqla 3 nəfər yaralanıb
18.11.2019
“Ermənistanda işsizliklə bağlı sosial proqramlar iflasa uğrayıb”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info