“Dəcəl Balam” Türkiyədə bayram tədbirlərində iştirak edib
Tarix: 01.11.2019 | Saat: 19:45:00 | E-mail | Çapa göndər


Qardaş ölkə Türkiyədə cümhuriyyətin qurulmasının 96 illik münasibətilə İstanbul şəhərində yerləşən Halil Türkkan məktəbinin ev sahibliyi ilə bayram tədbirləri keçirilib. Azərbaycandan Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzinin rəhbər və müəllimlərinin, istedadlı uşaqların da qatıldığı möhtəşəm bayram proqramında Ukrayna, Kosova, Makedoniya, Karadağdan nazirlər, məktəb direktorları, müəllimlər və şagirdlər də iştirak ediblər. Oktyabrın 29-da Halil Türkkan məktəbində keçirilən bayram tədbirində səhnədə yer alan Dəcəl Balam Ailə və Uşaq Mərkəzinin istedadlı yetirmələri Miryaqub Seyidov, Mirabbas Babayev, Musa Allahverdiyev, Gövhər Gülmalıyeva , Aylin Əzizli ilk olaraq Türk dünyasının böyük Şairi Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirini söyləyiblər. Sonra isə musiqiqi Sevinc Tofiqqızına məxsus “ İgidlər yurdusan sən, ey Azərbaycan” mahnısını səsləndiriliblər.
Qeyd edək ki, proqramda Türkiyədən dövlət məmurları, o cümlədən İstanbuldakı Azərbaycan Konsulluğunun nümayəndələri də iştirak edib. Beş gün davam edən bayram tədbirlərində İstanbul gəzintiləri də təşkil olunub.




 
Bölməyə aid digər xəbərlər
24.11.2020
Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
24.11.2020
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
22.11.2020
Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
20.11.2020
“İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
18.11.2020
Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11858

1 Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
2 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
3 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub
4 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
5 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info