Bakıda istedadlı gənc rəssamın “Meraki” adlı sərgisi açılıb
Tarix: 01.11.2019 | Saat: 21:24:00 | E-mail | Çapa göndər



Noyabrın 1-də Müasir İncəsənət Muzeyində Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə istedadlı gənc rəssam Nərmin Sadıqovanın “Meraki” adlı fərdi sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, muzeyin direktoru Xəyyam Abdinov sərgini açıq elan edərək bildirib ki, Nərmin Sadıqova rəssamlıq sənətində özünəməxsus yaradıcılıq üslubu, rolu və maraqlı kreativ ideyaları ilə seçilir. O, daim axtarışda olan rəssamdır. Gənc fırça ustası hər bir əsəri üzərində apardığı iş prosesində özündən bir parçanı, həyəcanını, hisslərini kətana köçürür, onlara zəruri çalarlar əlavə edərək canlandırır. Sərginin adı ilə bağlı ideya da məhz bununla bağlıdır: “Meraki” kəlməsini yunanlar yaradıcılıq prosesinə özlərindən bir parçanı –hissləri əlavə edərək ətrafda baş verənləri təsvir etmək mənasında işlədirlər
Nərmin Sadıqova həyatının bu əlamətdar günündə onu dəstəkləməyə gələnlərə təşəkkürünü bildirib. O, sərginin uğur qazanacağına əminliyini ifadə edib.
Sonra qonaqlar portret, peyzaj, natürmort kimi müxtəlif janrlarda 30-dan çox əsərdən ibarət olan ekspozisiya ilə tanış olublar.
Sərgi noyabrın 5-dək davam edəcək.
Qeyd edək ki, Nərmin Sadıqova Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. İstedadlı rəssam hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistraturasında təhsil alır. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
Gənc rəssam Heydər Əliyev Fondunun və YARAT Müasir İncəsənət Mərkəzinin təşkil etdikləri müxtəlif sərgilərin iştirakçısı olub.




 
Bölməyə aid digər xəbərlər
27.11.2020
“Anamın kitabı” pyesi əsasında çəkilən film tamaşaçıların görüşünə gələcək
24.11.2020
Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
24.11.2020
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
22.11.2020
Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
20.11.2020
“İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Öküz ili bürclərə nə vəd edir?
2 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
3 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
4 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
5 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info