“Ermənilər “soyqırımı” tanıtmaq üçün rüşvətə milyonlarla dollar xərcləyirlər“
Tarix: 01.11.2019 | Saat: 21:54:00 | E-mail | Çapa göndər


Erməni əsilli rusiyalı politoloq, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin siyasi elmlər üzrə dosenti Gevorg Mirzoyan ABŞ Konqresinin Osmanlı İmperiyasında "erməni soyqırımı" ilə bağlı qətnamə qəbul etməsini şərh edib.
Virtualaz.org bildirir ki, G.Mirzoyan Telegram-dakı kanalında yazıb: "Ermənilər razıdır, hökumət ədalətin bərpasından danışır. Sonuncu ilə tam razı deyiləm. Ədalət-cinayətkarın günahını etiraf edib, ona görə cəzalandırılanda olur. Konqresin qərarı əsla ədalət gətirmir. Türkiyə hakimiyyəti "soyqırımı" (bu və sonrakı dırnaqlar bizimdir-red.) tanımaz, hətta dünyanın bütün digər ölkələri tanısa belə".
Mirzoyanın sözlərinə görə, Ankara üçün bu, nüfuz məsələsidir, həm də milyardlarla dollarlıq təzminat: "Türkiyə hakimiyyəti bunu niyə etməlidir ki? Buna görə də hesab edirəm ki, digər ölkələrdə "soyqırım"ın tanınması üçün lobbiçilik etmək (inandırmaq yox, rüşvətə milyonlarla dollar xərcləməklə məhz lobbiçilik etmək) mənasızdır. "Soyqırımı" xatırlanmalı və elə edilməlidir ki, o bir də təkrarlanmasın. O isə bir daha yalnız Ermənistan güclü olduqda təkrarlanmayacaq. Və bu məqsədə çatmaq üçün pulu Amerika rəsmilərinə və siyasətçilərinə rüşvətə yox, onun iqtisadiyyatına qoymaq lazımdır".




 
Bölməyə aid digər xəbərlər
29.11.2020
Ceyhun Bayramovun iranlı həmkarı ilə telefon danışığı olub
29.11.2020
Rus sülhməramlıları Qarabağda 5 il qalası deyil…
28.11.2020
Azərbaycanlı icması Derbi Şəhər Şurasına etiraz məktubu göndərib
27.11.2020
“France-24” Füzulidən reportaj hazırladı – VİDEO
27.11.2020
ATƏT Qarabağda bundan sonra hansı rol oynaya bilər? - Təşkilatdan açıqlama

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
2 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
3 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
4 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
5 “Ezo gəlin” şorbası necə bişirilir?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info