Tbilisidə “Əlvida, Şmidt!” filminin təqdimatı olub
Tarix: 02.11.2019 | Saat: 00:52:00 | E-mail | Çapa göndər



Noyabrın 2-də Gürcüstan paytaxtı Tbilisidə rejissor Əli-Səttar Quliyevin “Əlvida, Şmidt!” tammetrajlı tragikomediya filminin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, filmin nümayişində Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan parlamentinin deputatları Savalan Mirzəyev, Gerogi Mosidze, Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Zaur Darğallı, kino, teatr xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə “Mozalan” studiyasında tragikomediya janrında çəkilən film etnik almanların Azərbaycana köçürülməsinin 200 illiyinə həsr olunub. Filmin əsas qəhrəmanı, Göygöl rayonunda anadan olmuş alman əsilli Emil Şmidt dəfələrlə Almaniyanın Bakıdakı səfirliyinə müraciət edərək Almaniyaya getmək istəyir. Lakin onun bütün cəhdləri boşa çıxır və o yenidən doğma Vətənə qayıtmalı olur.
Filmin ssenari müəllifi Rüstəm Babazadədir. Səhnə əsərində əsas rolları Azər Aydəmir (Emil Şmidt), Əməkdar artist Rasim Cəfər (taksi sürücüsü Rasim), gürcü aktrisa Mariam Kitia (Nana, fotoqraf), Əlixan Rəcəbov (Tərlan), Günel Məmmədova (Emil Şmidtin həyat yoldaşı), Qurban İsmayılov (Famil dayı), Azərbaycanın Xalq Artisti, Şöhrət ordenli Rasim Balayev (polis mayoru), Rafiq Əliyev (həkim) ifa edirlər.
Film alqışlarla qarşılanıb. Sonra səfir Dursun Həsənov aktyorlarla görüşüb, onlara yaradıcılıq uğurları arzulayıb.




 
Bölməyə aid digər xəbərlər
24.11.2020
Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
24.11.2020
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
22.11.2020
Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
20.11.2020
“İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
18.11.2020
Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
2 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub
3 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
4 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
5 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info