Türklər etiraz etdi: Mirzəzadə Əlizadəyə görə üzr istədi
Tarix: 02.11.2019 | Saat: 11:23:00 | E-mail | Çapa göndər




ASDP sədri, millət vəkili Araz Əlizadənin İctimai Televiziyada yayımlanan “3D” verilişində qonaq olarkən türklərlə bağlı səsləndirdiyi fikirlər cəmiyyətdə narazlığa səbəb olub. Hətta millət vəkilinin Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın Azərbaycanda pul müqabilində döyüşməsi və azərbaycanlılarla türklərin heç bir qan bağlılığının olmaması barədə fikirlərinə Türkiyə türkləri sosial mediada ciddi etiraz edib.
Məsələ ilə bağlı açıqlama verən millət vəkili Aydın Mirzəzadə həmkarının türklərlə bağlı fikirlərindən narazı olduğunu bildirərək, Türkiyə türklərindən üz istəyib:
“İlk növbədə biz azərbaycanlılar deputat Araz Əlizadənin bu fikrindən çox- çox narazıyıq. Ara-sıra Araz Əlizadənin cəmiyyətdə narazılıq doğuran fikirləri olur. Bunu sərbəstlik, deputatın müstəqilliyi kimi qiymətləndirmək olar. Amma elə məsələlər var ki, ona nəinki fikir bildirmək, hətta müzakirə etməyin özü düzgün deyil. Bu, həyati vacib – müstəqilliyimizin, milli dəyərimizin bünövrəsini təşkil edən məsələlərdir. Düzdür, deputat kimi istənilən fikiri söyləmək olar. Ancaq bu gün dost-qardaş, tarixi kökümüz bir olan iki xalq arasında uçurum yaratmağa cəhd yolverilməzdir. Mən buna ciddi etirazımı bildirirəm. Ulu öndər Heydər Əliyev “Bir millət, iki dövlət” deyib. Bu, nəinki Azərbaycanla Türkiyəni, bütün türk dünyasını birləşdirən çox ciddi fikir kimi qəbul edilir. Bu baxımdan mən türkiyəli qardaşlarımızın narazılığını başa düşürəm və həmkarımın belə fikirlərinə görə onlardan üzr istəyirəm”.
Millət vəkili onu da bildirib ki, bu cür fikirləri İctimai Televiziya efirə buraxmamalı idi:
“Türklərlə, türkçülüyümüzlə bağlı belə fikirlər bildirmək yolverilməzdir. Eyni zamanda təəssüf edirəm ki, İctimai Televiziya kimi nüfuzlu və ciddi telekanal belə bir fikri efirdə səsləndirməyə şərait yaradıb. Hər bir türk bilməlidir ki, Azərbaycanın timsalında o, qardaşını görür, dostunu görür. Bu cür fikirlərə tək mən yox, digər həmkarlarımız da öz narazılığını bildirəcək”.




 
Bölməyə aid digər xəbərlər
21.11.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Dmitri Medvedevlə görüşüb
21.11.2019
“1992-ci ildə hakimiyyəti qanunsuz yollarla zəbt etmiş antimilli dəstə Azərbaycanı uçuruma aparırdı”
21.11.2019
Əli Həsənov: “Mühacir ticarətini quran işbazlar, o cümlədən bu işdə əlini qızdıran bəzi siyasi partiyalar və siyasətçilər üzə çıxacaq”
21.11.2019
Azərbaycanda Ombudsman dəyişir, üç nəfərin namizədliyi irəli sürülü
21.11.2019
Müxalifət rəhbərlərinin başı dərddə

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
5 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info