Mayk Pompeo İraqla bağlı açıqlama verib
Tarix: 02.11.2019 | Saat: 17:32:00 | E-mail | Çapa göndər



Amerika Birləşmiş Ştatlarının dövlәt katibi Mayk Pompeo İraq hökumətinin ölkә daxilindәki problemlәrin hәll edilmәsi üçün göstәrdiyi sәylәri alqışladıqlarını söylәyib.


Mayk Pompeo İraq hökumətinin ölkədə davam edən etiraz aksiyalarının dayandırılması üçün atdığı addımlarla əlaqədar yazılı açıqlama verib.
Amerika Birləşmiş Ştatlarının dövlәt katibi İraq hökumətinin ölkә daxilindәki problemlәrin hәll edilmәsi üçün göstәrdiyi sәylәri alqışladıqlarını söylәyib.
"İraq hökuməti küçәlәrә axışan xalqın qanuni tələblərinə qulaq asmalıdır’’,-deyә ABŞ-ın dövlәt katibi vurğulayıb.
İraqdakı vəziyyəti yaxından izlədiklərini bildirәn Mayk Pompeo deyib: ‘‘Prezident Behram Salehin elan etdiyi səylər çərçivəsində mətbuat və söz azadlığına qoyulan ciddi məhdudiyyətlər aradan qaldırılmalıdır. Amerika Birlәşmiş Ştatları İraq xalqını, qurumlarını, təhlükəsizlik, sabitlik və suverenliyini dәstәklәmәyә davam edəcək".
Oktyabrın 1-də İraqda həyat şəraitinin yaxşılaşdırılması, səhiyyə, təhsil sahələrində, əmək bazarında, həmçinin korrupsiya ilə mübarizədə problemlərin həlli tələbi ilə etiraz aksiyaları başlayıb. Paytaxtda və bəzi əyalətlərdə keçirilən dinc aksiyalar sonradan iğtişaşlara çevrilib, ölkənin bir sıra rayonlarında komendant saatı rejimi tətbiq edilib. Qarşıdurmalar nəticəsində ölənlərin sayı 250 nəfəri ötüb, 11 mindən çox insan isə yaralanıb. Etirazlar fonunda İraq hökumәti ölkədə islahatlar keçirmək niyyətində olduğunu və oktyabrın sonlarınadək yeni nazirlərin siyahısını parlamentin müzakirəsinə çıxaracağını elan edib.




 
Bölməyə aid digər xəbərlər
11.12.2019
Yәmәndә evlәrini tәrk edәnlәrin sayı artır
11.12.2019
Nigeriyada hәrbi düşәrgәyә hücum edilib
11.12.2019
Fәxrәddin Altun NATO ilә bağlı açıqlama verib
11.12.2019
Yәmәndә davam edәn müharibә nәticәsindә ölənlərin sayı
11.12.2019
Pentaqon ABŞ-dakı Səudiyyə Ərəbistanı hərbçilərinin təlimini dayandırdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
3 Avropada işsizlər ordusu yaranır
4 Nazirlər Kabineti Yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsinə aydınlıq gətirib
5 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info