ABŞ-ın sanksiyaları “iqtisadi terrorizm“dir
Tarix: 02.11.2019 | Saat: 20:31:00 | E-mail | Çapa göndər


İranın xarici işlər naziri ölkəsinə qarşı sanksiyaları "iqtisadi terrorizm" adlandırıb.
Məhəmməd Cavad Zərif tvit edərək bildirib ki, ABŞ 2015-ci il nüvə sazişinə dönməlidir.
Nazir Amerikanın son sanksiyalarının Vaşinqtonun siyasətinin uğrusuzluğunu nümayiş etdirdiyini deyib.
"ABŞ bu uğursuz siyasətindən əl çəkməli, dünya qüdrətləri ilə əldə edilən razılığa qayıtmalıdr," o bildirib.
Zərif əlavə edib ki, Vaşinqton iranlıları qorxutmağa nail olmayacaq.
Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, Tramp ötən il ABŞ-ı razılıqdan geri çəkərək, İrana yumşaq mövqe tutulduğunu söyləyib və İranı bütün pis niyyətli davranışlarına son qoyacaq yeni razılıq imzalamağa vadar etmək məqsədilə Tehrana qarşı sanksiyaları sərtləşdirib.
Razılığa əsasən İran sanksiyalar mübadilində uranın zənginləşdirməsinə məhdudiyyət qoymuşdu.
Digər məhdudiyyətlər arasında İranın yalnız 5060 ədəd birinci nəsil IR-1 sentrifuqlarından istifadə edə bilərdi.
Ötən aylarda Qırmızı Dənizdə, ələlxüsus İran Körfəzində beynəlxalq neft tankerlərinə edilən hücumlar, lap bu yaxınlarda Səudiyyə Ərəbistanının neft hasilatının yarısını sıradan çıxaran dron hücumları ABŞ-la İran arasındakı gərginlikləri artırıb.
Yüksəkən gərginliklər fonunda Tramp administrasiyası Tehrana qarşı iqtisadi və maliyyə baxımdan əlavə cəzalandırıcı ölçülərə əl atıb.




 
Bölməyə aid digər xəbərlər
27.11.2020
“Paşinyan Azərbaycana ya 50 milyard verəcək, ya da…”
26.11.2020
Andrey Petrov: Fransa bu prosesdən çoxdan çıxıb
26.11.2020
Fransa tənzimləmənin deyil, problemin bir parçasıdır - Hulusi Akar
26.11.2020
Fransa Azərbaycanın etimadına layiq deyil - Fransalı senator
25.11.2020
Texnikalarımızın 85 faizi məhv edildi...- Hrant Baqratyan

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Öküz ili bürclərə nə vəd edir?
2 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
3 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
4 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
5 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info