Azərbaycan və Özbəkistan mədəni əlaqələri genişləndirir
Tarix: 03.11.2019 | Saat: 21:32:00 | E-mail | Çapa göndər


“Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sona Vəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti Özbəkistanda səfərdədir.
Özbəkistan Mədəniyyət nazirinin müavini Azadbek Nazarbekov Azərbaycan nümayəndə heyətini qəbul edib.
Azadbek Nazarbekov nümayəndə heyətinin üzvlərini salamlayaraq Özbəkistanla Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib. Nazir müavini deyib ki, həm Özbəkistan, həm də Azərbaycan mədəniyyət sahəsində əlaqələrin daha da inkişafına önəm verir. O Özbəkistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının tam hüquqlu üzvü olmasını sevinclə qarşıladığını bildirib, Türk Şurasının bu yaxınlarda Bakıda keçirilən iclasında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakını məmnunluqla xatırlayıb.
Tərəflər Azərbaycan-Özbəkistan arasında mədəni əlaqələrin inkişafı haqqında danışaraq bu istiqamətdə həyata keçirilən layihələr, gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayevin salamlarını və xoş arzularını çatdıraraq birgə layihələrin həyata keçirilməsi, mədəniyyət və ədəbiyyat günlərinin təşkili, mədəniyyət müəssisələri arasında əlaqələrin yaradılması sahəsində öz təkliflərini bildirib.
AMM-in layihəsi ilə Özbəkistanın çoxsaylı şəhərlərində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin keçirildiyini və növbəti layihə ilə Xarəzm vilayətində belə yüksək səviyyəli tədbirlərin təşkil ediləcəyini söyləyib.
Sona Vəliyeva Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu mədəniyyət siyasətinin aparıldığını qeyd edib, dövlətimizin dünyada mədəniyyətlərarası dialoqa mühüm töhfələr verdiyini vurğulayıb. O deyib ki, Azərbayacan Özbəkistanla əməkdaşlığın inkişafına xüsusi dəyər verir və bu istiqamətdə fəaliyyətimiz davam edəcək.
Azadbek Nazarbekov xalqlarımızın ortaq dəyərlərinin olduğunu və mədəni əlaqələr sahəsində Mədəniyyət Mərkəzinin fəaliyyətini qeyd edib. O, muğam, aşıq sənəti, sənətkarlıq sahəsində Özbəkistanın keçirdiyi beynəlxalq festivalların yüksək səviyyədə təşkil edildiyini və bu işdə Azərbaycanın aktiv iştirakını yüksək qiymətləndirib.
Görüşdə növbəti ildə Azərbaycanda Özbəkistan mədəniyyət günlərinin keçirilməsi, bu istiqamətlərdə əməkdaşlığa dair müzakirələr də aparılıb.
Görüşdə iştirak edən Əməkdar artist Ehtiram Hüseynov Azərbaycan muğamından bir parça ifa edib.


Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2019
Urgənc şəhərində Azərbaycan milli rəqslərinin təqdimatı keçirilib
13.11.2019
“Variety“ jurnalı “Oskar“ mükafatına mümkün namizədləri açıqlayıb
12.11.2019
“Nasimi passion” vokal-xoreoqrafik tamaşası nümayiş olunacaq
12.11.2019
Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
12.11.2019
“Dünyaya üç baxış”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info