Parisdə “Aras” ansamblının konserti keçirilib
Tarix: 04.11.2019 | Saat: 10:44:00 | E-mail | Çapa göndər



Parisin 11-ci rayonunda yerləşən “Cafe de la danse” konsert zalında tanınmış kamança ustası İmamyar Həsənov və müğənni Hengameh Bertschinin birgə yaratdığı “Aras” ansamblının konserti olub.

AZƏRTAC xəbər verir ki, İmamyar Həsənov kamançada “Yaşa Azərbaycan” mahnısını, Etibar Əsədli isə pianoda öz bəstəsi “İttihaf”ı səsləndirib.
Mənşəcə iranlı olan müğənni H.Bertschi “Lay-lay”, “Aman ayrılıq” kimi Azərbaycan mahnılarını ifa edib.
Konsertin proqramı ansamblın rəhbəri İmamyar Həsənov tərəfindən tərtib edilib. Azərbaycan, ərəb, fars və digər dillərdə ifa olunan mahnıları tanınmış kamançaçı İ.Həsənov aranjeman edib. Musiqilər Azərbaycan muğamı və xalq mahnıları üzərində qurulub.
Qeyd edək ki, “Aras” ansamblı bu il və ansamblın ilk konsertləri İsveç və İsveçrədə olub. Ansambla Azərbaycan və İranı birləşdirən Araz çayının adı verilib.
Konsertdə İmamyar Həsənov və Hengameh Bertschini Etibar Əsədli (piano), Reza Samani (zərb aləti), Elen Bomon (kontrabas) müşayiət ediblər.




 
Bölməyə aid digər xəbərlər
24.11.2020
Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
24.11.2020
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
22.11.2020
Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
20.11.2020
“İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
18.11.2020
Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11858

1 “Türkvizyon“ gələn il Şuşada keçiriləcək
2 Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
3 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
4 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub
5 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info