Tərtərin xurma bağlarında yığılan məhsul Rusiya və Ukrayna bazarlarına çıxarılır
Tarix: 04.11.2019 | Saat: 10:46:00 | E-mail | Çapa göndər


Kənd sakini: “Alıcılıq qabiliyyəti yaxşıdır, meyvənin bir kiloqramını 30-40 qəpiyə satırıq”

Tərtər rayonunun xurma bağlarında məhsul yığımına başlanılıb. İstehsal edilən məhsul ilk günlərdən yerli bazarlara, habelə Rusiya və Ukrayna bazarlarına göndərilir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Arif Behbudov AZƏRTAC-a bildirib ki, bağçılıq və meyvəçilik rayonda əhalinin əsas məşğuliyyət növlərindəndir. Bu sahədə xurma xüsusi yer tutur. Xurma ağacının məhsuldar və xəstəliklərə davamlı olması, ən əsası isə satış bazarının mövcudluğu bu sahəyə marağı artırır. Odur ki, tərtərli torpaq mülkiyyətçiləri hər il xurma bağlarını genişləndirirlər. Hazırda rayon ərazisində 450 hektardan çox xurma bağı var ki, onun da çoxu barverəndir. Kəndli fermerlər əsasən xurmanın “Şişburun” və “Karalyok” növlərinin əkilməsinə üstünlük verirlər. Həm ölkə bazarlarında, həm də şimal qonşularımız olan Rusiya və Ukrayna bazarlarında hər iki növdən olan xurmaya olan tələbat böyükdür.

Rayonun xurma istehsalı ilə məşğul olan yaşayış məntəqələrindən biri də Seydimli kəndidir. Kənd sakini Sərdar Tağıyev deyib: "10 il əvvəl 40 hektar sahədə xurma bağı salmışam. Bağda adi xurma, "Şişburun", "İspan" növləri üstünlük təşkil edir. Hər ağacdan 100 kiloqrama qədər, hər hektardan isə 20 tona yaxın məhsul götürürük. Bağın suvarılması damlama üsulu ilə həyata keçirilir. Yüksək məhsul əldə etmək üçün ağaclar vaxtında budanmalı, zərərvericilərə qarşı mübarizə tədbirləri aparılmalı, mineral gübrə verilməlidir. Bu il bağlarda bol xurma yetişib. Alıcılıq qabiliyyəti yaxşıdır, meyvənin bir kiloqramını 30-40 qəpiyə satırıq".

Bağda yığılan xurma anbara daşınır. Burada yeşiklərə yığılaraq Rusiya və Ukraynaya göndərilir. Xurmanın daşınmasını həyata keçirən Fərhad Zeynalzadə Rusiya bazarlarında xurma meyvəsinə tələbatın yüksək olduğunu bildirib.

Qeyd edək ki, xurma orqanizm üçün faydalılığı ilə seçilən meyvədir. Onun tərkibində şəkər, protein, yağlar, C vitamini və aşı maddəsi var. Xalq təbabətində xurma müxtəlif mədə xəstəliklərinin sağaldılmasında tətbiq edilir.




 
Bölməyə aid digər xəbərlər
14.11.2019
“Opalus Partners Group“ şirkəti “HR Meetup“ tədbiri
14.11.2019
Azərbaycanda yaşıllıqların götürülməsi qaydası dəyişilib
13.11.2019
Cəlilabadda xeyriyyə aksiyası keçirilib
13.11.2019
Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına 5 milyon manat ayrılıb
13.11.2019
Masallı Rayon İcra Hakimiyyəti başçısının Öncəqala kəndi ərazisində səyyar görüş-qəbulu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Prezidentdən Bayraq Günü paylaşımı - Video
4 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
5 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info