Sona Vəliyeva: “Bu mərkəz iki ölkə arasında ədəbi əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkan açır”
Tarix: 04.11.2019 | Saat: 12:08:00 | E-mail | Çapa göndər


“Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sona Vəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində Məhəmməd Füzuli adına Azərbaycan Mədəniyyət, Təhsil və Tədqiqatlar Mərkəzində (AMTTM) olub. Qeyd edək ki, mərkəz Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin(AMM) layihəsi ilə yaradılıb.
AMTTM-in rəhbəri, dosent Gülbahar Aşurova bu mərkəzin AMM-nin təşəbbüsü ilə yaradılması, eksponatlarla, kitablarla təmin olunmasının AMM tərəfdən həyata keçirilməsi haqqında söhbət açıb. O mərkəzin planları haqqında danışıb, bildirib ki, universitetin tələbələri hər gün bura gəlir, Azərbaycan ədəbiyyatı, mədəniyyəti ilə maraqlandıqlarını bildirirlər. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinin təbliği məqsədilə yaradılan mərkəzin fəaliyyəti haqqında danışıb. O mərkəzdə azərbaycanlı alimlərin, şairlərin, yazıçıların iştirakı ilə müxtəlif görüşlərin, mühazirələrin, yubileylərin, açıq dərslərin, sərgi və seminarların təşkil olunacağını vurğulayıb. Sona Vəliyeva mərkəzin iki ölkə arasında ədəbi əlaqələrin inkişaf etdirilməsi, ölkəmizin daha geniş tanıdılması, habelə Azərbaycan ədəbiyyatı, mədəniyyətinin və tarixinin öyrənilməsi üçün gözəl imkan açdığını deyib. O əmin olduğunu bildirib ki, bu mərkəz vasitəsi ilə universitetin müəllim və tələbələri Azərbaycanla, onun qədim tarixi, zəngin mədəniyyəti, ədəbiyyatı ilə yaxından tanış ola biləcəklər.
Sonda Azərbaycanın Əməkdar artisti Ehtiram Hüseynov muğam və xalq mahnılarımızı ifa edib. Xanəndəni tarda Azərbaycanın Əməkdar artisti, 2017-ci ildə Səmərqənddə keçirilən “Şərq təranələri” XI Beynəlxalq Musiqi Festivalının qalibi Sahib Paşazadə müşayiət edib.

Tural Tağıyev





 
Bölməyə aid digər xəbərlər
13.11.2019
Urgənc şəhərində Azərbaycan milli rəqslərinin təqdimatı keçirilib
13.11.2019
“Variety“ jurnalı “Oskar“ mükafatına mümkün namizədləri açıqlayıb
12.11.2019
“Nasimi passion” vokal-xoreoqrafik tamaşası nümayiş olunacaq
12.11.2019
Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
12.11.2019
“Dünyaya üç baxış”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info