Dövlət Departamenti: 2018-ci ildə Azərbaycan terrorçuluqla mübarizədə fəal iştirak edib
Tarix: 04.11.2019 | Saat: 12:37:00 | E-mail | Çapa göndər





2018-ci ildə Azərbaycan terrorçuluqla mübarizədə fəal iştirak edib. Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin müxtəlif ölkələrin terrorçuluqla mübarizədə atdığı addımlar barədə illik hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, 2018-ci ildə Azərbaycan hökuməti öz ərazisindən və dəniz sərhədlərindən, eləcə də bütünlüklə Cənubi Qafqazda insan, pul və material daşınması ilə məşğul olan terror qruplaşmalarının səylərinin qarşısının alınması üzərində fəal işləyib: “Azərbaycan hüquq-mühafizə orqanları terror aktlarının qarşısının alınması üzrə əməliyyatlar keçirib, terrorçuluqda ittiham olunan şəxsləri, eləcə də ölkə xaricində terror qruplaşmalarının tərkibində döyüş əməliyyatlarında iştirak və onları maliyyələşdirən vətəndaşları həbs edib və məsuliyyətə cəlb edib”.
Hesabatda bildirilir ki, 2018-ci ildə Azərbaycanda terror aktları qeydə alınmayıb:
“2018-ci ildə Azərbaycanda hüquq-mühafizə orqanlarının maliyyə tranzaksiyaları mexanizmləri üzərində nəzarət səlahiyyətlərini artıran düzəlişlər qəbul edilib. Azərbaycanın hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri ölkə ərazisində terror aktlarının aşkar olunması və qarşısının alınması üzrə adekvat bacarıqlar nümayiş etdirib. Azərbaycan ölkəyə daxil olarkən terror və kriminal siyahıdan, həmçinin biometrik məlumatlardan istifadə edib. Azərbaycanın hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri öz aralarında, eləcə də regional və beynəlxalq tərəfdaşlarla məlumat mübadiləsi keçirir”.




 
Bölməyə aid digər xəbərlər
29.11.2020
Ceyhun Bayramovun iranlı həmkarı ilə telefon danışığı olub
29.11.2020
Rus sülhməramlıları Qarabağda 5 il qalası deyil…
28.11.2020
Azərbaycanlı icması Derbi Şəhər Şurasına etiraz məktubu göndərib
27.11.2020
“France-24” Füzulidən reportaj hazırladı – VİDEO
27.11.2020
ATƏT Qarabağda bundan sonra hansı rol oynaya bilər? - Təşkilatdan açıqlama

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
2 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
3 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
4 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
5 “Ezo gəlin” şorbası necə bişirilir?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info