YAP Masallı rayon təşkilatı qadınlar şurasının tədbiri keçirilib
Tarix: 04.11.2019 | Saat: 17:36:00 | E-mail | Çapa göndər


YAP Masallı rayon təşkilatı qadınlar şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq bildirib ki, yerli özünüidarəetmə sisteminin formalaşdırılması prosesi Azərbaycanda demokratik inkişafın əyani nümunəsidir: "Bu baxımdan, hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması, dövlət və cəmiyyətin idarə olunmasının səmərəliliyinin artırılması istiqamətində hakim Yeni Azərbaycan Partiyası tərəfindən atılan addımlar bələdiyyələrin fəaliyyətində öz ifadəsini tapmaqla yanaşı, respublikamızda yerli idarəetmə orqanlarının işinin təşkilinə mühüm töhfə vermişdir. Ulu Öndər Heydər Əliyev dövlət və cəmiyyətin idarə olunmasında bələdiyyələrin rolunu yüksək qiymətləndirərək qeyd etmişdir: "Yerli özünüidarəetmənin yaradılması Azərbaycanda gedən demokratik proseslərin böyük bir hissəsi, böyük bir qoludur. Demokratik, hüquqi dövlət, dünyəvi dövlət qurmaq prosesinin bir hissəsi, bir sahəsidir". Rayon təşkilatının namizədlərinin əksəriyyətini qadınlar və gənclər təşkil etdiyini bildirən S.Əliyev çoxminli partiya üzvlərinin və partiya fəallarının fəal iştirakı ilə yenidən partiyanın qələbəsini təmin edəcəklərini vurğulayıb.

YAP Masallı rayon təşkilatının qadınlar şurasının sədri Gülşən Xəlilova çıxışında vurğulayıb ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət qadın siyasəti bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu baxımdan, qadınlarımızın bələdiyyə seçkilərində ərazilər üzrə namizədlikləri Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb: "YAP Masallı rayon təşkilatının qadınlar şurası bütün var qüvvələrini birləşdirərək keçiriləcək növbəti bələdiyyə seçkilərində fəallıq nümayiş etdirəcək". Rayon təşkilatının qadınlar şurasının üzvləri Nazilə Hüseynova, Mənijə Yəhyayeva və başqaları çıxışlarında 23 dekabr 2019-cu il tarixində keçiriləcək bələdiyyə seçkilərində YAP-ın namizədlərinin qələbəsi naminə bütün səylərini əsirgəməyəcəklərini diqqətə çatdırıblar.

Əlihüseyn Şükürov




 
Bölməyə aid digər xəbərlər
21.11.2019
“Gender bərabərliyi və media“ vəsaiti “Palitra” kollektivinə təqdim edilib
21.11.2019
“Azərbaycanda qadınların yaradıcı gücü məni valeh edir”
21.11.2019
Sumqayıtda “Nizami” kinoteatrının yeni binasının açılışı olub
20.11.2019
Rusiyada Xəzəryanı ölkələrin media platforması yaradılıb
20.11.2019
Dini turizm haqqında ilk nəşr

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info