“Maska” altında gizlənən mühacirlər
Tarix: 04.11.2019 | Saat: 17:42:00 | E-mail | Çapa göndər


Uzun illərdir ki, ənənəvi müxalifətin uğursuz fəaliyyəti, bu səbəbdən də sosial bazasının ilbəil azalması müxalifət daxilində olan gərginlikləri də çoxaltdı. Bu gün artıq sosial şəbəkələrin insanların həyatına aktiv şəkildə daxil olmasını nəzərə alsaq, artıq müxalifət partiyalarının, ümumilikdə, müxalifətçilərin hamısının daha çox burada vaxt keçirdiyini görürük. Bu isə, onsuz da, siyasi fəaliyyətlərində aktivlik olmayan yarıtmaz müxalifət liderlərini daha da geri atır, onları az qala bloggerlərə çevirir... Amma günümüzdə müxalifət adına yazılacaq daha bir acı reallıq da var. Məsələn, xaricdə yaşayan bir qrup mühacirin müəyyən maraqlar naminə başlatdığı anormal müxalifətçilik! Nəyə görə anormal? Ona görə ki, bu söyüşcül dəstə kimi tanınan və Avropa ölkələrinə müxtəlif səbəblərdən qaçan “yeni müxalifətçilər” ancaq qrant ovuna çıxırlar, ayrı-ayrı Qərb ölkələrində küçə aksiyaları, özlərinə layiq məkanlarda fotolar yapışdırmaqla, özlərinə qarşı qıcıq və nifrət yaradacaq qeyri-etik davranışlarla gündəmə gəlməyə çalışırlar. Qrant ovunu da boşuna vurğulamadıq. Çünki bir il əvvəl qrupun aktiv üzvlərindən olan Tural Sadıqlı ilə Məhəmməd Mirzəli arasında qrant üstündə böyük bir qalmaqal yaşanmışdı ki, burada da düşmənçilik söyüşlər səviyyəsinə qalxmışdı...
Ümumiyyətlə, söyüşcül dəstə hazırda sosial şəbəkələrdə əvvəlki illərdən fərqli olaraq, elə də populyarlıq qazana bilmir. Əgər ilk illərdə onları bəzi gənclər izləyirdilərsə, müəyyən aralıqdan sonra həmin mühacirlərin iç üzləri aşkara çıxdı. İndi nəinki siyasətçilər, müxalifətdə olan, siyasi maraqları tam dərk etməyən gənclər də qışqır-bağırla küçələrdə videoçəkilişlər aparan, təhqiramiz sözlərlə öz aralarında belə, intriqalara gedib dava salan mühacirləri ciddi qəbul etmirlər. Zatən biz media olaraq ilk gündən yazır, göstərirdik ki, bu şəxslərin böyük əksəri qrant üçün belə oyunlardan çıxır, onları nə milli maraqlar, nə də ədalət, demokratiya maraqlandırmır. Bunların yadına heç Qarabağ da düşmür. Yerdə qalan az bir qisim də vardır ki, onlar da haya-küyə gedərək səbəbsiz, qrantsız bəlkə də gələcəkdə ölkəyə geri qaytarmasınlar deyə, aktiv müxalifətçi imici yaratmaq üçün oxşar fəaliyyətlər göstərirdi. Bu dəstənin içərisində diqqət çəkənlərdən biri də Orduxan Temirxandı. Orduxanın siyasətdən uzaq, səmimi biri olmaması haqqında dəfələrlə yazılıb, sübut edilib. Hətta onun ermənilərin xeyrinə olan məlum fikirləri də uzun müddət gündəm oldu ki, burada da özünü xalq qəhrəmanı kimi təqdim edən Orduxan aşkar şəkildə deyirdi ki, ermənilər bizim tarixi abidələri dağıtmayıblar və s. Amma hələ də Orduxan eyforiyaya qapılaraq, özünü sosial şəbəkələr qəhrəmanı kimi görür. Halbuki, dünən onun profilində qranta hesablanmış və heç bir effekt verməyən “həmrəylik saatı” adlı paylaşım bunun əksini göstərir. Cəmi 66 nəfərin bəyəndiyi bu status bir daha onu göstərir ki, nəinki Orduxanı və onun geriyə işləyən “saat”ını, kampaniya və aksiyalarını, heç ümumilikdə, mühacirləri daha ciddiyə almırlar. Daha sonra o təşkil etdiyi aksiyasının da videosunu paylaşıb ki, burada da ənnənəvi özünüifşa detalları diqqət çəkib. Yəni əvvəlki illərdə olduğu kimi, yenə də bu adamın təşkil etdiyi aksiyada üzü maskalı şəxslər diqqət çəkir. Maraqlıdır, kimdir bu adamlar və ya adam? Niyə üzünü gizlədir axı? Həmin maskalı şəxsin aksiyaya gəlməsi Orduxanın tək görünməməsi üçündürsə, niyə həmin mühacir və ya əcnəbi vətəndaşlar ona aşkar dəstəyini göstərmirlər? Bəli, əcnəbi vətəndaşları ifadəsini də boşuna işlətmədik. Çünki maska altında gizlənənlərə qarşı haqlı olaraq şübhələr yaranır ki, adam ya pul müqabilində “bir saatlıq tutulmuş” əcnəbidir, ya da elə öz millətimizdən olan pul, maddi maraqlar üçün aksiyaya gələn biridir. Digər diqqət çəkən məqam isə odur ki, əvvəlki illərdə, əgər bu küçə aksiyalarına və ya səfirlik qarşısına sifarişlə təşkil edilmiş etiraz yürüşlərinə uzağı 40 adam gəlirdisə, indi Orduxanın yanında uzağı beş adam peyda ola bilir...
Uzun sözün qısası, sosial şəbəkələrin verdiyi bəzi imkanlardan öz maraqları üçün mənfi yöndə istifadə edənlər, artıq nə “Facebook”, nə də “YouTube” qəhrəmanı kimi tanına, gündəm ola bilmirlər. İnsanların gözü tez açılır, kimin kim olduğunu, hansı maraqlar üçün heç bir effekt verməyən mənasız kampaniya və yürüşləri təşkil etdiklərini tez dərk edirlər. Bircə qalır onlara ağalıq edən bəzi dairələr... Onlar da nəhayət dərk edələr ki, belə fiqurlarla Azərbaycana qarşı nə təzyiq etmək, nə də cəmiyyəti hakimiyyətə qarşı qaldırmaq olmur...

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.11.2019
Ankarada “erməni-nasist əməkdaşlığı” mövzusunda konfrans keçirilib
21.11.2019
“1992-ci ildə hakimiyyəti qanunsuz yollarla zəbt etmiş antimilli dəstə Azərbaycanı uçuruma aparırdı”
21.11.2019
Əli Həsənov: “Mühacir ticarətini quran işbazlar, o cümlədən bu işdə əlini qızdıran bəzi siyasi partiyalar və siyasətçilər üzə çıxacaq”
21.11.2019
Azərbaycanda Ombudsman dəyişir, üç nəfərin namizədliyi irəli sürülü
21.11.2019
Müxalifət rəhbərlərinin başı dərddə

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info