Borcalanların kredit risklərinin tənzimlənməsi qaydalarına dəyişiklik edilib
Tarix: 04.11.2019 | Saat: 18:05:00 | E-mail | Çapa göndər


Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”a dəyişiklik edilib. Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ölkə başçısı İlham Əliyevin biznes mühitinin daha da yaxşılaşdırılması, “iqtisadiyyatın real sektoruna yönələn kreditləşmənin artırılması” çağırışı ilə əlaqədar növbəti addım kimi MBNP tərəfindən edilmiş dəyişiklik nəticəsində müddəti 7 ildən artıq olan istehlak kreditlərinin maksimum həcmi bankın I dərəcəli kapitalının 0,1 faizi ilə məhdudlaşdırılıb.
Banklarda kredit riskinin maksimum həcmini tənzimləyən bu dəyişiklik istehlakçıların zəruri olmayan uzunmüddətli istehlak kreditləri götürməməsinə təsir etməklə məsuliyyətli borclanma vərdişlərinin formalaşdırılmasını təmin edəcək. Qeyd olunan dəyişikliyin əsas məqsədi istehlakçıların izafi borclanmasının qarşısının alınması və onların hüquqlarının qorunmasıdır.
Qeyd edək ki, oktyabrın 18-də “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na dəyişikliklər edilib. Bu dəyişikliklər ilə KOS subyektlərinə və qeyri-neft sektoru üzrə ixracın maliyyələşməsinə verilən kreditlərin risk dərəcələri azaldılıb, istehlak kreditləri üzrə isə risk dərəcələrinin müəyyənləşdirilməsi zamanı borcun gəlirə nisbəti, faiz dərəcəsi, müddət və valyutasından asılı olaraq differensial və daha sərt yanaşma tətbiq edilərək risk dərəcələri artırılıb.




 
Bölməyə aid digər xəbərlər
13.12.2019
Biznes inkubatorlara iştirakçıların seçilməsinə başlanılıb
13.12.2019
Fermerlərə əkinlə yanaşı, məhsul subsidiyası da veriləcək
13.12.2019
“Bakcell”in stendi “Ən yaxşı korporativ üslub” sertifikatına layiq görülüb
13.12.2019
AFB Bank beynəlxalq yarışın sponsoru oldu
13.12.2019
Azərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11403

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”
3 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
4 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
5 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info