Özəl televiziyaların reytinq xatirinə fəaliyyəti çox ciddi nöqsanlara gətirib çıxarır
Tarix: 04.11.2019 | Saat: 21:48:00 | E-mail | Çapa göndər


Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Azərbaycanda özəl televiziya kanallarındakı nöqsanlardan danışıb.
Trend-in məlumatına görə, N.Məhərrəmli teleradio əməkdaşlarının peşə bayramı münasibətilə keçirilən tədbirdə bildirib ki, Azərbaycanda teleradio sahəsində əldə olunan uğurlarla yanaşı, qüsurlar da mövcuddur: "Elə təəssürat yaranmasın ki, Azərbaycanda televiziya və radio sahəsində hər şey normaldır. Özəl televiziyaların yayım siyasəti tamamilə kommersiya maraqlarına xidmət edir. Dövlət büdcəsindən maliyyələşən televiziyaların fəaliyyətində isə əsas dövlətin daxili və xarici siyasətinin təbliğatı, xalqın dəyərlərinin, Azərbaycanın ədəbi dilinin qorunub saxlanılması, inkişaf etdirilməsi və s məsələlər dayanır. Bunlar özəl kanalların fəaliyyətində özünü ciddi göstərmir".
N.Məhərrəmli vurğulayıb ki, özəl televiziya kanallarında baş verən nöqsanlar daha çox reytinq xatirinə görə olur: "Çox təəəssüflər olsun ki, reytinq xatirinə fəaliyyət çox ciddi nöqsanlara gətirib çıxarır. Özəl televiziya kanallarında verilişlərin bayağılığı, süniliyi Milli Televiziya və Radio Şurasının sədri kimi məni çox narahat edir. Özəl televiziya kanallarında yayımlanan seriallarda Azərbaycan ailəsi çox təhrif olunmuş formada təqdim olunur. Bütün bunlar, təbii ki, bizi narahat edir".




 
Bölməyə aid digər xəbərlər
12.11.2019
Gələn il 25 illiyi tamam olan Azərbaycan Konstitusiyası Əsas Qanun kimi özünü tam doğruldub
11.11.2019
Ermənistan getdikcə daha çox absurd ölkəsinə çevrilir
11.11.2019
Rusiya bundan sonra da Dağlıq Qarabağ nizamlanması üzrə ən aktiv vasitəçilik fəaliyyətini davam etdirəcək
10.11.2019
“Suriyada mənim işim yoxdursa, Suriyanın bizim torpaqlarda nə işi var?“
10.11.2019
“Ərdoğanın şərhi doğrudur və İran bunu təqdir edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10940

1 Prezidentdən Bayraq Günü paylaşımı - Video
2 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
3 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
4 “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub
5 AGAT-ın vitse-prezidenti təyin olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info