Məşhur alim xərçəngin əsl səbəbini açıqladı: “Qışda badımcan və yumurta yesəniz…
Tarix: 05.11.2019 | Saat: 00:58:00 | E-mail | Çapa göndər


Türkiyənin daxili xəstəlikər üzrə mütəxəssisi Canan Karatay yanlış qidalanma ilə bağlı növbəti məsləhətlərini verib.
Professor heyvan və bitki mənşəli yağların insan sağlamlığına mənfi təsiri olmadığını deyib.
Bildirib ki, yumurta, qatıq, süd və təbii yağlardan istifadə etmək faydalıdır. Meyvə və tərəvəzlər isə yalnız mövsümündə istifadə edilməlidir.

Şəkərli və qazlı içkilər
“Bu tip içkilər spirtli içki qədər zərərli deyil. Ondan daha zərərlidir. Bu içkilərin tamamilə qadağan edilməsi vacibdir. Ağ şəkərin bütün hüceyrələrə təsiri var. Uşaqlara şəkər yerinə bir az meyvə suyu verə bilərsiniz”.

Yumurta
“İnsan bədənin 60%-i sudan ibarətdir. 20%-i heyvan mənşəli protein, 19%-i isə yağdır. 1%-dən az isə karbonhidratdır. Siz karbohidrata yüklənəcəksiniz. Uşaqlara yumurta verin. Həm də kənd yumurtası. Sərbəst gəzən toyuqların yumurtalarını tapın”.

Yağ
“Mənim həyatım yağ yeməklə keçdi. Bütün yeməklərin ləzzəti yağdır. O uzun ömür yaşayan insanlar da yağ yeyiblər. Lakin yağlar işlənməmiş, təkrar istehsaldan keçməmiş olmalıdır.

Xolestrol
“Xolestrol xəstəliyi deyə bir şey yoxdur. O xəstəliyi dərman firmaları icad edib. Xolestroldan qorxmayın. Qan şəkərindən qorxun! Xolestrol yağ deyil, hormondur. Yanğını yanğınsöndürənlərmi çıxarır? Yox. Bədəndəki yanğını da xolestrol söndürür. Artıq şəkər bədəndə triqliseritin miqdarını çoxladır. Ağ şəkər, şirniyyatlar, qazlı içkiləri ağzımıza qoyduğumuz zaman qan şəkəri yüksəlir. Bu da anında hücüeyrələrə təsirini göstərir. Triqliseritlər 22 növ xəstəlik yaradır. Yüksək təzyiq, damar tıxanıqlığı, damar sərtliyi və xərçənglər”.

Faydalılar
“Yumurta, qırmızı ət, tam yağlı pendir, tam yağlı qatıq vücudumuzun ehtiyacıdır”.

Gündə 2 dəfə yemək
24 saat ərzində ilk yediyimiz öyün səhər yeməyidir. Tez-tez yox, acarkən yeməlisiniz. İbn Sina deyir ki, iki öyün sağlamlıq, üçüncü xəstəlikdir. Çünki insan bədəni ona görə prqoramlaşdırılıb.

İdeal səhər yeməyi
“Neçədə qalxarsanız-qalxın, təbii yağ, fındıq, fıstıq, yumurta yeməlisiniz. Arada bolca su için. Türk qəhvəsi də içə bilərsiniz. Kərə yağında yumurta, omlet, təbii pendir”.

Mövsümündə nə varsa
“Yanvar ayında badımcan yeməyin. Yalnız təbii meyvə istifadə edin, o da miqdarında. Alma, portağalın qurdlu olanını alın”.




 
Bölməyə aid digər xəbərlər
27.11.2020
Ev şəraitində öskürəyə qarşı tətbiq edilən ən effektiv vasitələr
23.11.2020
Yeni tədris ilinin rezidentləri Mərkəzi Gömrük Hospitalında rezidentura təhsillərinə başlayıblar
22.11.2020
Bu içki koronavirusa qarşı təsirlidir
20.11.2020
Biz bu qış COVİD-19-a qarşı peyvəndi əldə edə bilməyəcəyik - Baş infeksionist
19.11.2020
Siqaret çəkənlərin “Covid-19“ infeksiyasından müalicə prosesi daha çətin keçir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
2 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?
3 Öküz ili bürclərə nə vəd edir?
4 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
5 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info