Masalıda bələdiyyə seçkiləri ilə bağlı vəzifələr müzakirə edilib
Tarix: 05.11.2019 | Saat: 01:21:00 | E-mail | Çapa göndər



Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı qadınlar şurasının növbəti iclasında dekabrın 23-də ölkəmizdə keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı qarşıda duran vəzifələr müzakirə edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev yerli özünüidarəetmə sisteminin formalaşdırılması prosesinin Azərbaycanda demokratik inkişafın əyani nümunəsi olduğunu bildirib. Qeyd edilib ki, bu baxımdan hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması, dövlət və cəmiyyətin idarə olunmasının səmərəliliyinin artırılması istiqamətində hakim Yeni Azərbaycan Partiyası tərəfindən atılan addımlar bələdiyyələrin fəaliyyətində öz ifadəsini tapmaqla yanaşı, respublikamızda yerli idarəetmə orqanlarının işinin təşkilinə mühüm töhfə verib.

Ulu öndər Heydər Əliyev dövlətin və cəmiyyətin idarə olunmasında bələdiyyələrin rolunu yüksək qiymətləndirərək demişdi: “Yerli özünüidarəetmənin yaradılması Azərbaycanda gedən demokratik proseslərin böyük bir hissəsi, böyük bir qoludur. Demokratik, hüquqi dövlət, dünyəvi dövlət qurmaq prosesinin bir hissəsi, bir sahəsidir”.
Partiyanın rayon təşkilatının namizədlərinin əksəriyyətini qadınların və gənclərin təşkil etdiyini bildirən S.Əliyev çoxminli partiya üzvlərinin və partiya fəallarının iştirakı ilə partiyanın qələbəsini yenidən təmin edəcəklərini əmin olduğunu vurğulayıb.
YAP Masallı rayon təşkilatının qadınlar şurasının sədri Gülşən Xəlilova çıxışında vurğulayıb ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət qadın siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Rayon qadınlarının bələdiyyə seçkilərində ərazilər üzrə namizədliklərinin Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürüldüyünü vurğulayan G.Xəlilova keçiriləcək növbəti bələdiyyə seçkilərində YAP Masallı rayon təşkilatının qadınlar şurasının bütün var qüvvələrini birləşdirərək fəallıq nümayiş etdirəcəyini diqqətə çatdırıb.
Partiyanın rayon təşkilatının qadınlar şurasının üzvləri Nazilə Hüseynova, Mənijə Yəhyayeva və başqaları çıxışlarında dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində YAP-ın namizədlərinin qələbəsi naminə bütün səylərini əsirgəməyəcəklərini söyləyiblər.




 
Bölməyə aid digər xəbərlər
14.11.2019
“Opalus Partners Group“ şirkəti “HR Meetup“ tədbiri
14.11.2019
Azərbaycanda yaşıllıqların götürülməsi qaydası dəyişilib
13.11.2019
Cəlilabadda xeyriyyə aksiyası keçirilib
13.11.2019
Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına 5 milyon manat ayrılıb
13.11.2019
Masallı Rayon İcra Hakimiyyəti başçısının Öncəqala kəndi ərazisində səyyar görüş-qəbulu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Prezidentdən Bayraq Günü paylaşımı - Video
4 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
5 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info