ABŞ Dövlət Departamenti: Azərbaycan 2018-ci ildə terrorla mübarizədə fəal iştirak edib
Tarix: 05.11.2019 | Saat: 03:03:00 | E-mail | Çapa göndər



Dünya ölkələrinin terrorla mübarizədə gördüyü tədbirlər barədə hər il ABŞ Dövlət Departamenti tərəfindən dərc edilən hesabatda Azərbaycana da yer verilib. Ölkələrin keçənilki fəaliyyəti haqqında hesabatda qeyd olunur ki, 2018-ci ildə Azərbaycan terrorçuluqla mübarizədə fəal iştirak edib.

Bildirilir ki, 2018-ci ildə Azərbaycan hökuməti ölkənin ərazisindən və dəniz sərhədlərindən, eləcə də bütün Cənubi Qafqazda insan, pul və material daşınması ilə məşğul olan terror qruplaşmalarının səylərinin qarşısının alınması üzərində fəal işləyib. Qeyd olunur ki, Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları terror aktlarının qarşısının alınması üzrə əməliyyatlar keçirib, terrorçuluqda ittiham olunan şəxsləri, eləcə də ölkə xaricində terror qruplaşmalarının tərkibində döyüş əməliyyatlarında iştirak edənləri və onları maliyyələşdirən vətəndaşları həbs edərək, məsuliyyətə cəlb edib.
Hesabatda, həmçinin bildirilir ki, 2018-ci ildə Azərbaycanda terror aktı qeydə alınmayıb. Bundan əlavə, ötən il Azərbaycanda hüquq-mühafizə orqanlarının maliyyə tranzaksiyaları mexanizmləri üzərində nəzarət səlahiyyətlərini artıran düzəlişlər qəbul edilib. Azərbaycan ölkəyə daxil olarkən terror və kriminal siyahıdan, həmçinin biometrik məlumatlardan istifadə etdiyi qeyd olunur. Bildirilir ki, Azərbaycanın hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri öz aralarında, eləcə də regional və beynəlxalq tərəfdaşlarla məlumat mübadiləsi aparır.
Hesabatda yazılıb ki, Azərbaycan Avropa Şurasının, ATƏT-in, İslam Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq qurumların üzvüdür, NATO-nun antiterror təşəbbüslərini Alyansın “Sülh naminə tərəfdaşlıq” proqramının üzv ölkəsi qismində dəstəkləyir. Azərbaycan NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyası çərçivəsində bu ölkəyə 120 sülhməramlı hərbçisini göndərib və Əfqanıstan Milli Ordusunun Etimad Fonduna ianə verib. Sonda, 2018-ci ilin iyun ayında Azərbaycan Əfqanıstanda sülhü və təhlükəsizliyi təşviq etmək üçün Beynəlxalq Əlaqə Qrupunun konfransına ev sahibliyi edib.




 
Bölməyə aid digər xəbərlər
17.11.2019
Müsavatın iç üzü Avropa gündəmində
17.11.2019
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17.11.2019
Azərbaycan və Litva münasibətləri daha yüksək səviyyəyə qaldırmaq niyyətindədir
16.11.2019
Azərbaycanda bələdiyyə seçkilərini izləmək üçün 499 müşahidəçi qeydə alınıb
16.11.2019
Bələdiyyə seçkiləri ilə bağlı 22 529 namizəd qeydə alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10944

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
4 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info