Gələn ildən Bakı-Sumqayıt istiqamətində hərəkət edən avtobuslar yenilənəcək
Tarix: 05.11.2019 | Saat: 14:36:00 | E-mail | Çapa göndər


Gələn ildən etibarən Bakı-Sumqayıt, Bakı-Xırdalan və Bakı-Masazır istiqamətlərdəki marşrut xətlərində həm avtobus parkının yenilənməsi, həm də marşrut xətlərinin artırılması ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən tədbirlər görüləcək. Bunu “APA-Economics”ə DANX-ın mətbuat katibi Nuridə Allahyarova deyib.
Onun sözlərinə görə, qeyd olunan istiqamətlər üzrə hərəkət edən avtobusların pik saatda çatışmazlığına dair daxil olan sərnişinlərin iradlarını nəzərə alaraq, bu istiqamətlərdə hərəkət edən avtobusların sayı artırılacaq. “Tıxacların aradan qaldırılması, eyni zamanda vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə aidiyyəti qurumlar tərəfindən layihələr və təkliflər hazırlanır. Dövlət Avtomobil Nəqliyyatı Xidməti olaraq biz öz növbəmizdə son 3 aya yaxın qeyd olunan istiqamətlər üzrə monitorinqlər apardıq. Məlum oldu ki, tıxac səbəbindən avtobuslar ya eyni vaxtda tıxacda olur, ya da eyni vaxtda mənzil başına çatır. Əsas şikayətlər Sumqayıtdan, Masazırdan və Xırdalandan Bakı istiqamətinə hərəkət edən marşrutlarla bağlı idi. Elə kiçik qəsəbələr var ki, onlar üçün 3 marşrut xətti mövcuddur. Lakin məskunlaşmağın artımı nəzərə alaraq, avtobusların sayının artırmasına ehtiyac var. Məhz buna görə gələn ildən etibarən 525 saylı marşrut xəttində 20-yə yaxın, istismar müddəti 10 ildən aşağı olan avtobuslar buraxılacaq”, - deyə N. Allahyarova qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
21.11.2019
Sumqayıtda Muğam Mərkəzi istifadəyə verilib
21.11.2019
Milli Qəhrəman Fəxrəddin Şahbazov anılıb
21.11.2019
Şirkətlərimizin 37%-i informasiya təhlükəsizliyi üçün büdcəyə sahib deyil
20.11.2019
YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının iclası keçirilib
20.11.2019
“Azərsun Holdinq” Sumqayıt şəhərinin 70 illiyində iştirak edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info