Masallıda Bayraqı Gününə həsr olunmuş “Breyn rinq” intellektual bilik yarışı keçirilib
Tarix: 05.11.2019 | Saat: 15:18:00 | E-mail | Çapa göndər


5 noyabr 2019-cu il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə ASAN İntellektual İnkişaf Mərkəzində 9 Noyabr –“Dövlət Bayrağı Günü”nə həsr olunmuş gənclər arasında “Breyn rinq” İntellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilmişdir. Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək gəncləri qərşıdan gələn Bayraq günü münasibəti ilə təbrik etmiş və gələcək həyatında onlara uğurlar arzulamışdır. Sonra idarə rəisi Camal Manafov "Dövlət Bayrağı günü"nün tarixi, mahiyyəti və əhəmiyyətindən bəhs etdi. O, bildirdi ki, dövlət bayramlarında belə intellektual bilik yarışların keçirilməsi həm tariximizin öyrənilməsi, həm də gənclərin dünyagörüşünün artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Tədbirdə Rayon Təhsil şöbəsinin metodisti Abbas Abbaszadə çıxış edərək yarışın əsas məqsədinin gənclərin intellektual səviyyəsinin yüksəlməsinə şərait yaratmaq, istedadlı gəncləri üzə çıxarmaq, onların milli mənəvi dəyərlərimiz və tariximiz haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərməkdən ibarət olduğunu vurğuladı.
Gərgin və mübarizə şəraitdə keçən bilik mübarizəsinin sonunda I yerə Bala Kolatan kənd tam orta məktəbinin gənclərdən ibarət “Big-bang” komandası, II yerə “Dəfinə” məktəb-liseyinin gənclərdən ibarət “Dəfinə” komandası , III yerə Ə.Bağırov adına 4 nömrəli Ərkivan qəsəbə tam orta məktəbinin gənclərdən ibarət “Zəka” komandası layiq görülmüşdür Fərqləndiyinə görə isə Bədəlan kənd tam orta məktəbinin gənclərdən ibarət “Bədəlan” komandası diplomla mükafatlandırılmışdı. Qalib komandalar Rayon Gənclər və İdman İdarəsini tərəfindən kubok, diplom və medallarla, Rayon Təhsil şöbəsi tərəfindən isə diplomlarla təltif edilmişdir.

Əlihüseyn Şükürov




 
Bölməyə aid digər xəbərlər
14.11.2019
“Opalus Partners Group“ şirkəti “HR Meetup“ tədbiri
14.11.2019
Azərbaycanda yaşıllıqların götürülməsi qaydası dəyişilib
13.11.2019
Cəlilabadda xeyriyyə aksiyası keçirilib
13.11.2019
Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına 5 milyon manat ayrılıb
13.11.2019
Masallı Rayon İcra Hakimiyyəti başçısının Öncəqala kəndi ərazisində səyyar görüş-qəbulu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Prezidentdən Bayraq Günü paylaşımı - Video
4 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
5 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info