“Azəriqaz” rəhbərliyi regionlarda vətəndaşlarla görüşüb
Tarix: 05.11.2019 | Saat: 15:37:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, noyabrın 5-də “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Zaqatala rayonunda sakinlərlə görüşüb. “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, birliyin baş direktorunun müavinləri Ramil İsgəndərov Şəki, Ceyhun Şıxəliyev isə Balakən rayonunun sakinlərinin problemlərini dinləyiblər. Qəbula gələn sakinlərin əksəriyyəti yaşayış məntəqələrinin qazlaşdırılması, işə qəbul və müxtəlif məsələlərlə bağlı fikirlər səsləndiriblər. Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib. Qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Qəbuldan sonra jurnalistlərə açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib ki, Azərbaycanda qazlaşdırma işləri Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin tərkib hissəsidir. Bu il də dövlət büdcəsindən ayrılan vəsait hesabına bölgələrdə və Bakı şəhərində qazlaşdırma işləri görülür. Artıq son mərhələdəyik. Tamamlanma işləri gedir. Payız-qış mövsümünə hazırlıq məsələlərinə toxunan R.Əliyev qeyd edib ki, bütün əlaqədar strukturlara tapşırıq verilib, yerlərdə qeydə alınan narahatlıqlar vaxtında aradan qaldırılacaq.




 
Bölməyə aid digər xəbərlər
14.11.2019
“Opalus Partners Group“ şirkəti “HR Meetup“ tədbiri
14.11.2019
Azərbaycanda yaşıllıqların götürülməsi qaydası dəyişilib
13.11.2019
Cəlilabadda xeyriyyə aksiyası keçirilib
13.11.2019
Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına 5 milyon manat ayrılıb
13.11.2019
Masallı Rayon İcra Hakimiyyəti başçısının Öncəqala kəndi ərazisində səyyar görüş-qəbulu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Prezidentdən Bayraq Günü paylaşımı - Video
4 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
5 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info