Rəsul Quliyev Əli Kərimlini “avantürist” adlandırdı...
Tarix: 05.11.2019 | Saat: 17:22:00 | E-mail | Çapa göndər


“Hər iki aksiyanı xalqın oyanması, ayağa qalxması kimi təqdim edən adamı lider adlandırmaq olarmı? Yox. Olsa-olsa pafosla danışan avantürist adlana bilər”


Son vaxtlar müxalifətin radikal qolunu təmsil edən “milli şura” adlı qondarma qurumda təmsil olunanlar və eləcə də bu təşkilatı əlində saxlayan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli siyasi fəaliyyətlərində antikonstitusion üsullara daha çox üstünlük verməyə başlayıblar. Əsasən, icazəsiz aksiyaların təşkilinə can atan radikal müxalifət rəhbərləri buna görə cəmiyyətdə ciddi qınaqla da rastlaşırlar. Hətta iş o yerə çatıb ki, AXCP rəhbərinin bu siyasi şoularını, icazəsiz aksiya cəhdlərini elə müxalifət daxilində də ironiya ilə qarşılayırlar. Məsələn Rəsul Quliyev məlum olaylara reaksiya verərək özünün “Facebook” səhifəsində “milli şura” rəhbərlərini və Əli Kərimlini məzəmmət edib. O qeyd edib ki, radikallar müxalifətin nisbətən güclü olduğu 2003, 2005-ci illərdə minlərlə əhalini mitinqlərə çıxarmasına baxmayaraq, hər iki ildə biabırçı məğlubiyyətə uğradılar. Daha sonra o qeyd edib ki, Əli Kərimlinin komandası bu ilin yanvarında öz istəkləri ilə Mehmanın müdafiəsinə çıxan bir neçə min mitinqçiləri və oktyabrda 300-ə yaxın insanın icazə verilməmiş mitinqə çıxmasını çox şişirdir: “Hər iki aksiyanı xalqın oyanması, ayağa qalxması kimi təqdim edən adamı lider adlandırmaq olarmı? Yox. Olsa-olsa pafosla danışan avantürist adlana bilər. Böyük Britaniyada “Breksit”in əleyhinə 2 milyon adam mitinqlərə çıxır. Heç bir siyasətçi, hətta “Breksit”i istəməyən siyasətçilər də heç vaxt “Xalq ayağa qaxıb “Brexsit”i istəmir” demir. Çünki belə danışsalar, onları bütün informasiya vasitələri ələ salar, “siyasətbaz kuklalar” adlandırar. 70 milyon əhalinin 2 milyonunun qalxmasını “xalq ayağa qalxıb” adlandırmaq siyasi nadanlıqdan başqa bir şey deyil.
Fransada “sarı jiletlliər” yarım il 100 mindən tutmuş, 500 minə qədər icazə verilməmiş mitinqlər keçirdilər, polis tərəfindən amansızcasına əzişdirildilər, 1000-ə yaxın adam həbs edildi, heç vaxt “xalq ayağa qalxıb” deyilmədi və bu, fransız xalqının heç beş faizi də deyildi... Yüzlərlə misallar çəkmək olar.
Bu insanların keçmişini də bu gününü də mən yaxşı bilirəm. 30 il yaşayasan və savad, siyasət evinin divarına (əgər varsa) bir kərpic belə qoymayasan- möcüzədir”.
Xatırlayırsınızsa, bir müddət öncə, başqa bir üzdə olan müxalifətçi, loyal mövqeyi ilə seçilən müxalifət partiyasının rəhbəri İlqar Məmmədov da AXCP rəhbərinin radikal fəaliyyətinə qarşı çıxmışdı. O, ümumiyyətlə, baltanı kökündən vuraraq qeyd etmişdi ki, kimlər ki, antikonstitusion üsulları seçib normal qaydada seçkiyə getməyi önəmsəmirsə, onlar ermənilərin əlinə işləyirlər.
Kəskin mövqe sərgiləyib milli maraqları deyil, öz şəxsi ambisiyalarını önə çəkən “milli şura” rəhbərlərinin əməlləri zaman-zaman müxalifət daxilindən bu formada qınaqlarla qarşılanıb. Müxalifətçilərin daxilindən də 90-cı illər təfəkküründə olan fəaliyyətləri önə çəkənlərin çıxdaş edilməsi başadüşüləndir. Çünki Əli Kərimli nə müxalifət partiyalarının fərqli düşüncə və fəaliyyətlərlə irəli getməsinə imkan vermir, nə də özü müxalifət partiya rəhbəri olaraq, AXCP-ni irəli daşıya bilmir. Belə olan halda, bəlli idi ki, Rəsul Quliyev də İlqar Məmmədov da, hətta xaricdə formalaşan yeni müxalif dəstə olan bir qrup mühacir də ənənəvi müxalifəti, xüsusən də Kərimlinin tezis və fəaliyyətlərini qəbul etməyəcəkdilər.
İndiki halda isə Rəsul Quliyevin də dediyi kimi, bir stadiona sığacaq qədər adam toplayan birinin bu cür aksiyaları “xalqın iradəsi” adlandırması anormallıqdır... O da hər kəsə bəllidir ki, radikal müxalifətin fəaliyyətindəki əsas anormallıq onların Anti-Azərbaycan dairələrin maraqlarına xidmət etmələridir. Anti-Azərbaycan dairələrin tapşırığı ilə hərəkət edən “milli şura”çılar, elə mühacirlər də ölkədə qarşıdurma yaratmaq, Azərbaycanı ötən əsrin 90-cı illərinin anarxiya və xaos dövrünə sürükləmək niyyətində olduqlarını gizlətmirlər. Əli Kərimlinin doğmaca əmisi oğlu olan, Fransada yaşayan İnqilab Kərimov dəfələrlə Azərbaycanda inqilabın qaçılmaz olduğunu iddia edirdi. Hətta “İŞİD” kimi terrorçu təşkilatı ölkəmizə səsləyən bu qaragüruhçu mühacirin indi də radikal düşüncəli statuslar yazmasının şahidi oluruq. Eyni düşüncədə olan Orduxan Temirxan da dəfələrlə insanları küçələrə səsləyərək, icazəsiz aksiya və xaos yaratmağı təqdir edib. Bu gün AXCP rəhbərinin də Sevinc Osmanqızı və Qənimət Zahidin “YouTube”dəki canlı yayımlarında səsləndirdiyi məsuliyyətsiz, anarxiyaya səbəb olacaq çağırışları, fikir və ideyaları cəmiyyətdə birmənalı qarşılanmır. Artıq nə dövr 90-cı illərdəki kimidir, nə də insanlar həmin zamanlarda olduğu qədər məlumatsız, informasiyalardan kasad və sosiallaşmamış deyillər. Bu gün adi məktəblidən tutmuş, yaşlı adama qədər, hər kəsə gözəl bəllidir ki, qanundankənar icazəsiz aksiya və fəaliyyətlər ölkədə xaos yaratmağa hesablanır ki, bu da ərəb ölkələrində yaşanan senarilərın davamıdır. Xalq isə buna getməyəcək. Hətta Rəsul Quliyev belə, zamanın başqa olduğunu bilirsə, o zaman Əli Kərimliyə addım atanda, qərar verəndə bir neçə dəfə düşünməsi qalır...

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
17.11.2019
Müsavatın iç üzü Avropa gündəmində
17.11.2019
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17.11.2019
Azərbaycan və Litva münasibətləri daha yüksək səviyyəyə qaldırmaq niyyətindədir
16.11.2019
Azərbaycanda bələdiyyə seçkilərini izləmək üçün 499 müşahidəçi qeydə alınıb
16.11.2019
Bələdiyyə seçkiləri ilə bağlı 22 529 namizəd qeydə alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10944

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
4 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info