Ermənistan üçün qazın qiyməti nə zaman qaldırılacaq?
Tarix: 05.11.2019 | Saat: 18:55:00 | E-mail | Çapa göndər


“Qolos Armenii” :”Sənayedə qaz istehlakının azalması bu sahədə geriləmənin əlamətidir”

Qış yaxınlaşdıqca, ilin sonuna sayılı günlər qaldıqca, Ermənistan üçün Rusiya qazının qiyməti məsələsi daha da aktuallaşmaqdadır. Maraqlıdır ki, erməni saytlarının yazdığına görə, bu məsələyə münasibət bildirən Ermənistan rəsmiləri danışıqlar prosesinin davam etdiyini və bunun ölkələri üçün müsbət bir sonluqla yeknlaşacağını bildirsələr də, tərəddüdlərini də gizlədə bilmirlər.
Təbii ki, bunun əsaslı olduğu da başadüşüləndir. Deməli, erməni rəsmilərindən nə qədər ört-basdır edilməsinə baxmayaraq, danışıqların artıq qəliz məcraya yönəldiyi göz önündədir. Məsələn, «Qolos Armenii» saytı «… bu ilin yanvar ayından etibarən Rusiya qazının Ermənistana tədarük olunduğu və paylandığı sxemin maliyyə tərəfi gələcək qiymət və tariflər baxımından bir o qədər də nikbinlik yaratmır»-deyə yazır.
Məlum olduğu kimi, 2018-ci ilin sonunda Rusiya ilə qazın qiyməti ilə bağlı müqavilə müddəti başa çatdıqdan sonra, növbəti il Ermənistana satılan qazın 1000 kubmetr üçün 150 dollar deyil, 15 dollar artırılaraq 165 dollara təklif edildi. Təbii ki, təkliflə razılaşmaq məcburiyyətində qalan Ermənistan hökuməti bu artımın ölkədəki istehlakçılara şamil edilməyəcəyini, yəni dövlət tərəfindən ödəniləcəyini könülsüz də olsa bəyan etməli oldu. Əslində, artan 15 dollarlıq fərqin ödənilməsi «Qazprom Ermənistan» şirkətinə həvalə edilsə də şirkət bir müddət sonra ehtiyat və imkanlarının sonsuz olmadığını bəyan edərək, artıq 15 dollarlıq fərqi ödəmək imkanında olmadığını açıqladı. Təbii ki, bu ərəfədə Rusiya ilə qazın qiyməti haqda aparılan danışıqlar, şirkətin daxili maliyyə mənbələrinə işləməklə yanaşı, ondan əlavə resurslar da tələb edir.
«Qolos Armenii» yazır: «Beləliklə, adi hesablamalara görə, Ermənistanda orta illik qaz istehlakının təxminən 1,5 milyard kubmetr olduğunu nəzərə alsaq, bu ilin sonuna qədər qiymət və tarifdəki 15 dollar fərqini kompensasiya edən şirkət, təxminən 22.5 milyon dollar itirməlidir. Əslində, 22.5 milyon dollar Ermənistan kimi kasıb bir ölkə üçün böyük məbləğdir. Amma unudulmamalıdır ki, daha bir problem danışıqların sonrakı mərhələsi ilə bağlı ola bilər. Yəni 10 ay ərzində Ermənistanın danışıqlarla bağlı itirdikləri daha da arta bilər. Qeyd edilməlidir ki, qazın gələn il üçün həll olunmamış qiyməti məsələsi «Qazprom Ermənistan»dan təzminatın artması ilə müşahidə edilməkdədir. Bunula yanaşı, danışıqların uzadılması, qiymət və tariflər arasındakı fərq erməni tərəfinin danışıqlarda mövqeyini zəiflədir. Buna görə də Rusiya qazının Ermənistan üçün gələcək qiyməti ilə bağlı nikbin proqnozlar üçün əsas çox azdır. Təbii ki, belə olan halda, daha əvvəlkilərdən fərqli olaraq, qiymət artımı daxili tariflərdən belə, yan keçməyəcək. Yəni budəfəki artım bütün ermənilərə şamil ediləcək».
Saytın yazdığına görə, bütün baş verənlər fövqündə Paşinyanın özünü nikbin göstərməsi adamda qəribə hisslər yaradır. Xatırladaq ki, bir müddət bundan əvvəl Rusiyanın «Kommersant» nəşrinə açıqlama verən erməni baş nazir Rusiya ilə qazın qiyməti ilə bağlı aparılan danışıqların «sakit məcrada» getdiyini və bunun konkret nəticələrə səbəb olacağını vurğulamışdı: «Mən buna əminəm. Çünki bu gün artıq Ermənistan iqtisadiyyatıda «yaxşı bir dinamika» var. Bu məsələ bizim üçün təkcə qaz qiymətləri baxımından vacib deyil, həm də iqtisadi inkişaf məsələsidir. Ona görə də belə düşünürəm ki, bizim strateji müttəfiqimiz Rusiya Ermənistanın iqtisadi inkişaf dinamikasının pozulmasını istəməz(?-A.B.)».
Əlbəttə ki, Paşinyanın hansı «iqtisadi inkişaf dinamikası»ndan danışmasından asılı olmayaraq, etiraf edilməlidir ki, qaz qiymətinin artımı Ermənistan üçün yeni fəlakətlərə yol aça bilər. Maraqlıdır ki, sayt ironiya ilə, Paşinyanın hələ də müşahidə edilməyən «tamamilə müstəqil olan iqtisadiyyatı»nın heç bir enerjidən asılı olmadığını da diqqətə çatdırır. Sayt bununla bağlı yazır: «Əlbəttə, bir çox hallarda reallıqdan uzaq, saxta rəqəmlərə istinad edərək ölkədəki iqtisadi inkişafı özü bildiyi kimi gözə soxmağa çalışan baş nazir niyə əsas həqiqətlərdən yayınmağa çalışır? Belə olan halda, cari ilin birinci yarısı ilə ötən ilin müvafiq dövrünü müqayisəli şəkildə götürsək, enerji sektorunda təbii qaz istehlakının 55,4, sənayedə isə 19.4 faiz azaldığını görəcəyik. Halbuki bütü dünya ölkələri üçün sənaye sektorunda qazanılan uğur o ölkənin əhəmiyyətli artımı kimi qəbul edilir. Məhz bu mənada, dəyişkən olmayan iqtisadiyyat və sənayenin qaz qiymətlərinin artması ilə «qırılması» ehtimalı azdır. Bu gün ilin sonuna iki aydan bir qədər az da olsa vaxt qalmasına baxmayaraq, Rusiya ilə qaz qiyməti ilə bağlı danışıqlar davam edir. Ermənilər isə hələ də sadə xalq üçün ən vacib, lakin həll olunmayan məsələlərindən birinin nəhayət ki, dəqiqləşdiriləcəyinə ümid edirlər».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Paşinyan: “Münaqişəsinin həlli ilə bağlı Sarkisyanın, Köçəryanın və Ter-Petrosyanın düsturlarından istifadə etməyəcəyəm”
20.11.2019
Qazaxıstan Prezidenti Beynəlxalq Türk Akademiyasının işini yüksək qiymətləndirdi
19.11.2019
Sərksyan istintaqa çağırılır...
18.11.2019
Tbilisidə aksiyanın dağıdılması zamanı biri polis olmaqla 3 nəfər yaralanıb
18.11.2019
“Ermənistanda işsizliklə bağlı sosial proqramlar iflasa uğrayıb”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info