Elmar Məmmədyarov İsveçin Xarici işlər naziri ilə görüşüb
Tarix: 05.11.2019 | Saat: 22:19:00 | E-mail | Çapa göndər


Şərq Tərəfdaşlığının 10 illik yubileyi ilə bağlı Stokholmda keçirilən Nazirlər görüşündə iştirakı çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov İsveçin Xarici İşlər naziri Ann Linde ilə görüşüb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Nazirlər ikitərəfli əməkdaşlıq gündəliyində duran bir sıra məsələlər üzrə fikir mübadiləsi apardılar.
İsveç tərəfinin sorğusuna cavab olaraq Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin hazırkı vəziyyəti barədə məlumat verdi. Beynəlxalq hüququn norma və prinsinpləri, o cümlədən BMT Nizamnaməsi, ATƏT-in Helsinki Yekun Aktı, eləcə də beynəlxalq təşkilatların qərar və qətnamələri, xüsusilə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında münaqişənin tezliklə sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli və məcburi köçkünlərin öz evlərinə qayıtmasının vacibliyi vurğulandı.
Tərəflər iki ölkənin XİN-ləri arasında ikitərəfli siyasi məsləhətləşmələrin keçirilməsi məsələsini müzakirə etdilər.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi baş tutdu.




 
Bölməyə aid digər xəbərlər
29.11.2020
Ceyhun Bayramovun iranlı həmkarı ilə telefon danışığı olub
29.11.2020
Rus sülhməramlıları Qarabağda 5 il qalası deyil…
28.11.2020
Azərbaycanlı icması Derbi Şəhər Şurasına etiraz məktubu göndərib
27.11.2020
“France-24” Füzulidən reportaj hazırladı – VİDEO
27.11.2020
ATƏT Qarabağda bundan sonra hansı rol oynaya bilər? - Təşkilatdan açıqlama

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
2 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
3 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
4 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
5 “Ezo gəlin” şorbası necə bişirilir?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info