Bakı-Tbilisi-Qars dəmir yolu getdikcə daha strateji xarakter kəsb edir
Tarix: 06.11.2019 | Saat: 11:10:00 | E-mail | Çapa göndər


Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu getdikcə daha strateji xarakter kəsb edir. Bu barədə özəl olaraq Trend-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd ediblər ki, Bakı-Tbilisi-Qars dəmir yolu Marmara tuneli vasitəsilə Asiya və Avropanı birləşdirir ki, bunu bariz nümunəsi də bu gün Çindən gələn, BTQ vasitəsilə Avropaya hərəkət edən "China Railway Express" yük qatarıdır:
"Türkiyə və Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunu yaratmaqla Asiya və Avopanı birləşdirə bildi".
Qeyd edək ki, bu gün Ankarada Çindən Avropaya BTQ vasitəsilə hərəkət edən "China Railway Express" yük qatarının qarşılanması münasibətilə təntənəli mərasim keçiriləcək.
Xatırladaq ki, ötən ilin oktyabr ayında açılan Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu Azərbaycan-Gürcüstan-Türkiyə hökumətləri arasında əldə edilən razılaşma əsasında həyata keçirilib. İlkin mərhələdə illik yükdaşıma 6,5 milyon ton, sərnişin daşıma isə bir milyonadək insan səviyyəsində olacaq.
Bakı-Tbilisi-Qars Azərbaycan vasitəsi ilə Çindən Avropaya malların çatdırılmasının müddətini əhəmiyyətli dərəcədə qısaldır. Bu isə marşrutu xüsusilə cəlbedici edir.




 
Bölməyə aid digər xəbərlər
12.12.2019
İndiyədək BTC ilə 396 milyon ton Azərbaycan nefti nəql olunub
12.12.2019
TANAP-la Türkiyəyə 3,5 milyard kubmetr “Şahdəniz” qazı göndərilib
12.12.2019
“Şahdəniz”dən indiyədək 115 milyard kubmetr qaz və 27 milyon tondan çox kondensat hasil edilib
12.12.2019
“Mastercard”la nağdsız Azərbaycana doğru
12.12.2019
“Azəri-Çıraq-Günəşli” yataqlarından bu vaxtadək 498 milyon ton neft çıxarılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
3 Nazirlər Kabineti Yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsinə aydınlıq gətirib
4 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”
5 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info