Sahibkarlar və özünüməşğulluq proqramına qoşulmuş fermerlər KOBİA-nın onlayn maarifləndirmə tədbirindən yararlanıblar
Tarix: 06.11.2019 | Saat: 14:09:00 | E-mail | Çapa göndər


Mikro, kiçik və orta sahibkarlıq subyektlerinin müxtəlif mövzularda məlumatlandırılması məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və müvafiq dövlət qurumlarının iştirakı ilə onlayn maarifləndirmə tədbirləri keçirilir. KOBİA-nın təşkilatçılığı, Azərbaycan Dövlət İqtisad Universiteti, Kənd Təsərrüfatı Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin dəstəyi ilə növbəti belə onlayn maarifləndirmə tədbiri noyabrın 6-da aqrar sektorda fəaliyyət göstərən KOB-lar və özünüməşğulluq proqramına qoşulmuş fermerlər üçün təşkil edilib. Sahibkarların və özünüməşğulluq proqramına qoşulmuş fermerlərin onlayn maarifləndirmə tədbirindən daha çox faydalanması və aqrar sahədəki son yeniliklər barədə ətraflı məlumatlandırılmaları üçün KOBİA-nın mərkəzi ofisində, eləcə də ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən “KOB Dostu” ofislərində və Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) zəruri təşkilati və texniki imkanlar yaradılıb. Onlayn tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri sahibkarları və fermerləri aqrar sahəyə göstərilən dövlət dəstəyi tədbirləri, o cümlədən kənd təsərrüfatı texnikasının və damazlıq heyvanların lizinq üsulu ilə verilməsi, mineral gübrə və pestisidlərin güzəştlə satılması, kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkili, güzəştli kreditlərin verilməsi, eləcə də 2020-ci ilin 1 yanvar tarixindən etibarən tətbiq olunacaq yeni subsidiya qaydaları barədə məlumatlandırıblar. Tədbir çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən sahibkarların və özünüməşğulluq proqramına qoşulmuş fermerlərin çoxsaylı sualları cavablandırılıb. Ümumilikdə onlayn maarifləndirmə tədbirindən 1300-dən çox sahibkar və fermer yararlanıb. Onlayn maarifləndirmə tədbiri KOBİA-nın və Kənd Təsərrüfatı Nazirliyinin “Facebook” səhifələrindən birbaşa yayımlanıb.

Anar




 
Bölməyə aid digər xəbərlər
12.12.2019
İndiyədək BTC ilə 396 milyon ton Azərbaycan nefti nəql olunub
12.12.2019
TANAP-la Türkiyəyə 3,5 milyard kubmetr “Şahdəniz” qazı göndərilib
12.12.2019
“Şahdəniz”dən indiyədək 115 milyard kubmetr qaz və 27 milyon tondan çox kondensat hasil edilib
12.12.2019
“Mastercard”la nağdsız Azərbaycana doğru
12.12.2019
“Azəri-Çıraq-Günəşli” yataqlarından bu vaxtadək 498 milyon ton neft çıxarılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
3 Avropada işsizlər ordusu yaranır
4 Nazirlər Kabineti Yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsinə aydınlıq gətirib
5 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info