Oqtay Gülalıyev İstanbul Avrasiya Xəstəxanasına yerləşdirilib
Tarix: 06.11.2019 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


Hüquq müdafiəçisi Oqtay Gülalıyevi aparan ambulans təyyarə İstanbula çatıb.
Bu barədə APA-ya hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev bildirib. Onun sözlərinə görə, atası artıq Avrasiya Xəstəxanasına yerləşdirilib. Qeyd edək ki, Oqtay Gülalıyev oktyabrın 29-u saat 17:20 radələrində 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyev üzərində cərrahiyyə əməliyyatı keçirilib. Onun müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilib.
Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsini üzərinə götürüb. Ailəsinin müraciəti nəzərə alınaraq, koma vəziyyətində olan Oqtay Gülalıyevin müalicəsinə dəstək baxımından xaricdən mütəxəssislər cəlb olunub. İstanbuldan dəvət olunmuş həkim Oqtay Gülalıyevin vəziyyəti ilə yerində tanış olub. Ailəsi Oqtay Gülalıyevin müalicəsinin Türkiyədə davam etdirilməsinə qərar verdiyindən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, onun Türkiyəyə aparılması üçün xüsusi ambulans təyyarə ayrılıb. Oqtay Gülalıyevin səhhəti ilə bağlı bundan sonra da yaranan bütün zəruri məsələlərin Heydər Əliyev Fondunun prezidentinin nəzarətində saxlanılacağı və müvafiq dəstəyin göstəriləcəyi bildirilib.
O, bu gün səhər saatlarında xüsusi ambulans təyyarə ilə İstanbula yola salınıb.




 
Bölməyə aid digər xəbərlər
22.11.2019
Nikola Sarkozi Azərbaycanda olub
22.11.2019
İctimai Şuraların Bakı forumunun keçirilməsi təklif olunur
22.11.2019
“Gender əsaslı Bələdiyyə Akademiyasının” açılışı olub
22.11.2019
Sənaye şirkətlərinin üçdə ikisi kiber hücumları gizli saxlayır
22.11.2019
Kobud pozuntularla bağlı 41 hakim barəsində intizam icraatlarına baxılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub
5 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info