“Xiaomi” özünün ilk smart-saatını təqdim etdi
Tarix: 06.11.2019 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


İstehsalçının “Weibo” sosial şəbəkəsindəki səhifəsində yazılana görə...

Çinin “Xiaomi” kompaniyası özünün ilk smart-saat modelini təqdim edib və onlara ilkin sifarişlər alıb.
İstehsalçının “Weibo” sosial şəbəkəsindəki səhifəsində yazılana görə, saatlar 1,78 düymlük (təxminən 4,5 santimetr) sensorlu AMOLED ekranla təchiz olunub. Cihaza quraşdırılan 570 milliamper həcmli akkumulyator ona fasiləsiz olaraq 36 saat işləmək imkanı yaradır.
Bir çox smartfon funksiyası daşıyan qurğudan zəng vurmaq, internetə qoşulmaq, NFC modulu ilə ödəniş etmək, həmçinin proqram yükləmək mümkündür. Bu funksiyalar müstəqil fəaliyyət göstərir və onu telefona qoşmaq vacib deyil.
4G standartı ilə işləyən smart-saatın satışları noyabrın 11-dən başlayacaq. Qurğunun baza modelinin qiyməti 1299 yuan (təxminən 185 dollar), premium modelinin qiyməti isə 1999 yuan (təxminən 285 dollar) təşkil edəcək.




 
Bölməyə aid digər xəbərlər
15.11.2019
Almaniyada casus məktəbi açılıb
15.11.2019
Mobil telefonu cibinizdə gəzdirməyin
13.11.2019
Məşhur müğənni qumarda120 min dollar uduzdu
13.11.2019
Ən çox “içən“ ölkələr - Rusiya ilk onluqda
13.11.2019
Ac və evsiz qaldığı üçün bilərəkdən həbsə girdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
5 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info