Müsavat və AXCP kimi partiyalar Azərbaycan xalqının deyil, xarici qüvvələrin istəyi ilə hərəkət edirlər
Tarix: 06.11.2019 | Saat: 21:10:00 | E-mail | Çapa göndər


Müsavat Partiyasının həm mitinq keçirməkdə, həm də Bakı Şəhər İcra Hahimiyyətinin qərarına münasibətdə məqsədləri sağlam deyil.
Bunu Trend-ə Milli Məclsin deputatı Musa Quliyev deyib.

M.Quliyevin sözlərinə görə, birincisi, bu gün Azərbaycanda mitinq etməyə heç bir əsas yoxdur: “Mitinqə hansı şüarla çıxacaqlar? Sosial şüarla çıxacaqlarsa, sosial məsələləri cənab Prezident yüksək səviyyədə həll edir, əməkhaqları, pensiyalar, müavinətlər artırılır, gələn il də pensiyalar, əməkhaqqları artacaq, yeni iş yerləri açılacaq. Mitinqə iqtisadi məsələlərlə çıxacaqlarsa, Azərbaycanda iqtisadi inkişaf gedir, dövlət büdcəsində artımlar var, iqtisadi ləyihələrin həyata keçirilməsi davam edir. Siyasi şüarla çıxacaqlarsa, Azərbaycanda müstəqillik var, azadlıq var, demokratiya var.

Yənu bu gün Azərbaycanda hər hansı bir məsələ ilə bağlı şüarlara ehtiyac yoxdur. Əgər Dağlıq Qarabağla bağlı mitinq etmək istəyirlərsə, Bakıda ATƏT-in Minsk qrupunun həmsərləri olan ölkələrin səfirlikləri var, onlardan soruşa bilərlər ki, Minsk qrupu problemi niyyə həll etmir...".

M.Quliyev vurğulayıb ki, mitinq təşkilatçılarının məqsədi bu deyil:
"Onlar istəyirlər ki, qanunla qadağan olunan yerlərdə mitinq keçirsinlər. Dünyanın bütün ölkələrində metro ətrafında, əhalinin sıx olduğu yerlərdə, qorunan obyektlərin ətrafında mitinq və digər kütləvi aksiyalar keçirmək qadağandır, o cümlədən də Azərbaycanda. Belə olan halda, Müsavat Partiyası metrostansiya qarşısında mitinq keçirmək istəyirsə, deməli məqsədləri qarşıdurma yaratmaq, millətə qarşı çıxmaq, dövlətin qanununu tanımamaqdır.
Dövlətin qayda-qanunları var və o qayda qanunlara da əməl etmək hər kəsin borcudur, o cümlədən də siyasi partiyaların və ictimai təşkilatların. Əgər BŞİH sizə mitinq üçün yer verməsəydi, onda hüququnuz pozulardı. Ancaq icra hakimiyyəti sizə yer ayırıb, nə fərqi var ki, Bakının harasındadır. Bunlar sadəcə istəyirlər ki, şəhərin mərkəzində işinin dalınca gedən, istirahət edən, metroya girib-çıxan insanları da maraq xatirinə cəlb edib öz elektoratı kimi qələmə versinlər.
Digər tərəfdən, Müsavat Partiyası, AXCP və digər bu qrupdan olan partiyaların heç biri Azərbaycan xalqının istəyi ilə hərəkət etmir, onlar xarici qüvvələrə xidmət edirlər və indiki vaxtda qarşıdurmaya getmək ancaq Azərbaycanı istəməyən qüvvələrə lazımdır və onların xeyrinədir”.




 
Bölməyə aid digər xəbərlər
27.11.2020
“Paşinyan Azərbaycana ya 50 milyard verəcək, ya da…”
26.11.2020
Andrey Petrov: Fransa bu prosesdən çoxdan çıxıb
26.11.2020
Fransa tənzimləmənin deyil, problemin bir parçasıdır - Hulusi Akar
26.11.2020
Fransa Azərbaycanın etimadına layiq deyil - Fransalı senator
25.11.2020
Texnikalarımızın 85 faizi məhv edildi...- Hrant Baqratyan

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Öküz ili bürclərə nə vəd edir?
2 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
3 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
4 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
5 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info