8 hərbçini qətlə yetirən əsgər qətliamın səbəbini açıqladı
Tarix: 06.11.2019 | Saat: 21:42:00 | E-mail | Çapa göndər


8 hərbçini qətlə yetirən rusiyalı əsgər Ramil Şamsutdinov qətliamın səbəblərini açıqlayıb.
Ölkə.az xəbər verir ki, onun qətliamı törətməsinə səbəb hərbi hissədə hökm sürən "dedovşina" və aşağılama hərəktələri olub. "Hadisə baş verən günü məni zorlamaq barədə xəbərdarlıq etdilər. Hətta leytenant həmin gün mənə dedi ki, karauldan sonra bilirsən də nə olacaq, hamısından olacaq", - R. Şamsutdinov deyib.
O, əlavə edib ki, ona qədər belə hadisələr digər gənc əsgərlərin də başına gətirilib. Şamsutdinov onu da etiraf edib ki, aşağılama elə onun hərbi hissəyə düşüdüyü gündən başlayıb:
"Mənim telefonumu və pullarımı aldılar. Bu barədə valideynlərimə məlumat vermədim ki, onlar narahat olarlar".
O bildirib ki, əvvəlcə hərbi hissədən qaçmaq istəyib, ancaq hər tərəf bağlı olub. "Bu barədə heç kimə də şikayət edə bilmirdim. Əgər zabitlər özləri məni döyürdülərsə, kimə nə deyə bilərdim ki?",- deyə o, bildirib.
Qeyd edək ki, oktyabrın 25-də Çitanın Qornıy rayonundakı hərbi hissələrin birində Ramil Şamsutdinov öz tabel silahından açdığı atəş nəticəsində 8 hərbçini qətlə yetirib, ikisini isə yaralayıb.




 
Bölməyə aid digər xəbərlər
23.11.2020
Bakıda fəhlə 9-cu mərtəbədən yıxılaraq ölüb
22.11.2020
Bərdədə ağır yol qəzasında 2 nəfər ölüb, 4 nəfər yaralanıb
21.11.2020
Qazax sakini qonşusunu bıçaqla qətlə yetirib
20.11.2020
Tanınmış diktor Sabir Ələsgərov vəfat edib
20.11.2020
Hikmət Hacızadə vəfat etdi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11858

1 Зачистка по-пашиняновски. Усидит ли армянский премьер на посту до конца года
2 “Türkvizyon“ gələn il Şuşada keçiriləcək
3 Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
4 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
5 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info