Özünüməşğulluq proqramı iştirakçıları onlayn maarifləndirmə tədbirindən yararlanıblar
Tarix: 07.11.2019 | Saat: 12:35:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə növbəti onlayn maarifləndirmə tədbiri keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri ADİU-nun “UNEC Extern” mərkəzindən aqrar sahəyə dair məlumatlandırıcı çıxış ediblər. Onlayn maarifləndirmə tədbirinə aqrar sektorda fəaliyyət göstərən sahibkarlarla yanaşı, özünüməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı sahələri üzrə ailə təsərrüfatlarını yaratmış vətəndaşlar da cəlb edilib.
Tədbir çərçivəsində aqrar sahəyə göstərilən dövlət dəstəyi tədbirləri, o cümlədən kənd təsərrüfatı texnikasının və damazlıq heyvanların lizinq üsulu ilə verilməsi, mineral gübrə və pestisidlərin güzəştlə satılması barədə məlumatlar verilib. Kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkili, güzəştli kreditlərin verilməsi, eləcə də gələn ilin əvvəlindən tətbiqi nəzərdə tutulan yeni subsidiya qaydaları barədə məlumatlandırma işi aparılıb.
İştirakçıların müvafiq mövzularda sualları da cavablandırılıb. Ümumilikdə onlayn maarifləndirmə tədbirindən Bakı və bölgələrdə 1300-dən çox sahibkar və proqram iştirakçısı yararlanıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2019
Əlilliyi olan şəxslərə reabilitasiya vasitələri verilib
18.11.2019
9 rayonda şəhid ailələri və Qarabağ əlillərinə evlər verilib
17.11.2019
“Qala” qoruğunda ağacəkmə aksiyası keçirilib
16.11.2019
Məktəblilər Metronun təlim-tədris mərkəzində olublar
16.11.2019
Azərbaycanda bu şəxslər hər iş saatına görə 15 manat alacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10945

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
4 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
5 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info