“Bakcell“dən tamamilə yeni internet paketləri
Tarix: 07.11.2019 | Saat: 12:47:00 | E-mail | Çapa göndər


“Bakcell” şirkəti abunəçilərin tələb və istəkləri əsasında hazırlanmış tamamilə yeni internet paketlərini təqdim edib. Yeni paketlər sayəsində “Bakcell” ölkənin ən sürətli mobil şəbəkəsində (Ookla şirkətinin təsdiq etdiyi məlumata əsasən) maksimum rahatlıq təklif edir. Müştəriyönümlü və çox sadə məhsul olan yeni internet paketlərindən istifadə edən abunəçilər həm də nömrənin balansına daha yaxşı nəzarət edə biləcəklər. Belə ki, mobil internet nömrədə abunəçi yalnız internet paketi aldıqda aktiv olacaq. İnternet trafiki bitdikdən sonra abunəçiyə hər meqabayta görə daha yüksək qiymət ödəmək əvəzinə, xüsusi səhifə və ya SMS vasitəsilə münasib qiymətə yeni paket almaq və ya cari paketi yeniləmək təklif olunacaq.
Bu yeni məhsullar Azərbaycanda mobil internet istifadəsi üzrə maksimum şəffaflığı təmin edən böyük bir yenilikdir. Bundan sonra internet paketi almayan abunəçilər smartfon tətbiqetmələrinin arxa fonda baş verən yenilənmələri və ya təsadüfi internet bağlantısı nəticəsində yarana biləcək əlavə xərclərdən azad olacaqlar. Çünki mobil internet yalnız müvafiq internet paketini əldə etdikdən sonra aktivləşəcək.
Bu internet paketlərinin gətirdiyi təkmilləşdirilmiş müştəri təcrübəsi isə “Mənim Bakcellim” tətbiqetməsi sayəsində daha əlverişli olacaq. Belə ki, “Mənim Bakcellim” vasitəsilə abunəçi internetdən istifadəyə tam nəzarət edəcək, lazım olan paketləri əldə edə, yeniləyə və ya dəyişə biləcək, xərclənən məbləğ və aktiv paketin qalan hissəsi barədə şəffaf məlumat alacaq.
“Bakcell” şirkəti məhsul və xidmətlərinin keyfiyyətini daha da artırmaqla abunəçilərinə daha yaxşı müştəri təcrübəsi təqdim edəcək. Bunun üçün Azərbaycanın ən sürətli mobil şəbəkəsinin bütün texniki imkanları mövcuddur.
Yeni aylıq internet paketləri abunəçinin istəyindən asılı olaraq 50 MB, 500 MB, 1 GB, 2 GB, 5 GB və ya 10 GB həcmində təklif olunur. Daha ətraflı məlumatı https://www.bakcell.com/az/internet-for-smartphones səhifəsindən və ya “Mənim Bakcellim” mobil tətbiqetməsinin “İnternet paketləri” bölməsindən əldə etmək olar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.11.2019
Nikola Sarkozi Azərbaycanda olub
22.11.2019
İctimai Şuraların Bakı forumunun keçirilməsi təklif olunur
22.11.2019
“Gender əsaslı Bələdiyyə Akademiyasının” açılışı olub
22.11.2019
Sənaye şirkətlərinin üçdə ikisi kiber hücumları gizli saxlayır
22.11.2019
Kobud pozuntularla bağlı 41 hakim barəsində intizam icraatlarına baxılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub
5 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info