Məhkəmə növbəti dəfə Robert Koçaryanı həbsdə saxlayıb
Tarix: 07.11.2019 | Saat: 12:51:00 | E-mail | Çapa göndər


Yerevan məhkəməsi növbəti dəfə sabiq prezident Robert Koçaryanı həbsdə saxlayıb.
APA-nın “sputnik armenia”ya istinadən verdiyi xəbərə görə, məhkəmə R. Koçaryanın vəkillərinin həbs qətimkan tədbirinin girov müqabilində dəyişdirilməsi ilə bağlı şikayətini təmin etməyib. R. Koçaryanın işi ilə bağlı növbəti məhkəmə iclası noyabrın 12-də keçiriləcək. Qeyd edək ki, bundan əvvəl bir neçə dəfə R. Koçaryanın vəkilləri müdafiə etdikləri şəxsin azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciət etsələr də, onların şikayətləri təmin edilməyib. Xatırladaq ki, 2018-ci il iyulun 26-da Ermənistan İstintaq Xidməti 2008-ci il martın 1-də keçirilmiş aksiyanın dağıdılması ilə əlaqədar başladılmış cinayət işi çərçivəsində R. Koçaryana qarşı konstitusiya quruluşunun pozulmasına dair ittiham irəli sürüb. Bir gün sonra sabiq prezident həbs olunub. Bu ilin mayında R. Koçaryan Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndələrinin zaminliyi ilə azadlığa buraxılıb. Bundan sonra Ermənistanın Apelyasiya Məhkəməsi keçmiş prezident R. Koçaryanın həbsi ilə bağlı qərar qəbul edib. O həmçinin böyük məbləğdə rüşvət almaqda ittiham edilir.




 
Bölməyə aid digər xəbərlər
25.11.2020
Ermənistan-Azərbaycan əlaqələri bərpa olunur? – Paşinyandan şok
25.11.2020
Ermənistanda daha iki nazir müavini istefa verdi
24.11.2020
Rusiyada bir gündə koronavirusdan 500-ə yaxın ölüm qeydə alınıb
24.11.2020
İrəvanda “köç” davam edir: Daha bir nazir getdi
23.11.2020
Belarusda etiraz aksiyası zamanı 345 nәfәr saxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
2 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub
3 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
4 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
5 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info