Yeni icra başçısı sakinlərlə görüşüb
Tarix: 07.11.2019 | Saat: 12:54:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq ölkə başçısının müvafiq sərəncamı ilə Yevlax Rayon İcra Hakimiyyətinə başçı təyin olunmuş Anar Tağıyev Yevlax şəhərində sakinlərlə ilk görüşünü keçirib.
Sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə şəhərin Heydər Əliyev Mərkəzində təşkil olunan görüşdə ümumilikdə 500 nəfərdən çox insan toplaşmışdı.
Ənənəvi formatdan kənar keçirilən görüşdə çıxış edən Yevlax Rayon İcra Hakimiyyətinə başçısı Anar Tağıyev bildirib ki, ölkə başçısı tərəfindən ona böyük etimad göstərilərək Yevlax Rayon İcra Hakimiyyətinə başçı təyin edilib. Prezidentin qəbulunda olduğu zaman tapşırılan vəzifələrlə yanaşı ilk növbədə rayon sakinlərinin müraciət və problemlərinə həssaslıqla yanaşmağı tapşırıb. Anar Tağıyev qeyd edib ki, son illərdə Prezidentin həyata keçirdiyi siyasət nəticəsində respublikanın bütün guşələrində olduğu kimi Yevlax rayonunda da böyük işlər görülüb. Lakin bir sıra problemlər qalmaqdadır və onların aradan qaldırılması üçün əlindən gələni edəcəyinə, ona göstərilən etimadı doğruldacağına söz verib.
“Açıq mikrofon” formatında, maraqlı dialoq şəklində 4 saatdan çox müddətdə və sakinlərin böyük fəallığı ilə keçən, 80-ə yaxın sakin çıxış etdiyi görüşdə vətəndaşların bütün sahələri əhatə edən təklif və müraciətləri nəzarətə götürülərək icrası ilə bağlı müvafiq qurum və vəzifəli şəxslərə tapşırıqlar verilib. Bütün çıxışlarda sakinlər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursa birmənalı dəstək ifadə ediblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.11.2019
Nikola Sarkozi Azərbaycanda olub
22.11.2019
İctimai Şuraların Bakı forumunun keçirilməsi təklif olunur
22.11.2019
“Gender əsaslı Bələdiyyə Akademiyasının” açılışı olub
22.11.2019
Sənaye şirkətlərinin üçdə ikisi kiber hücumları gizli saxlayır
22.11.2019
Kobud pozuntularla bağlı 41 hakim barəsində intizam icraatlarına baxılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub
5 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info