Vüsal Qasımlı: Azərbaycan Avrasiyanın mərkəzində nəqliyyat-logistika qovşağı rolunu oynayır
Tarix: 07.11.2019 | Saat: 13:08:00 | E-mail | Çapa göndər


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı ABŞ Dövlət Departametinin Bakıda səfərdə olan Qafqaz işləri və regional münaqişələr idarəsinin rəhbəri Ceril Fernandesi, eləcə də Amerikanın Azərbaycandakı səfirliyinin iqtisadi müşaviri Maykl Rouseki qəbul edib. Görüş zamanı Vüsal Qasımlı Azərbaycanda aparılan iqtisadi islahatlar barədə qonaqlara ətraflı məlumat verib. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində qeyri-neft sektorunun artım tempi 3,5 faiz olub, xüsusilə, qeyri-neft sənayesi, turizm, kənd təsərrüfatı, informasiya və rabitə xidmətləri iqtisadiyyatın əsas drayverlərinə çevriliblər: “”Doing Business”də iki il dalbadal ən islahatçı ölkələrin sırasında olan Azərbaycan bu il həm də inqilabi sosial islahatlar, dərin struktur və kadr islahatları aparıb. Prezdentin rəhbərliyi ilə Azərbaycanda iqtisadi islahatların idarə edilməsi modeli formalaşdırılıb. Azranking.az və Monitoring.az platformalarında dövlət-özəl dialoqu əsasında islahatların hazırlanması, həyata keçirilməsi, monitorinqi, qiymətləndirilməsi və kommunikasiyasından ibarət rəqəmsal alqoritm qurulub. Prezident İlham Əliyevin təmin etdiyi ictimai-siyasi və makroiqtisadi sabitlik, əlverişli biznes mühiti, həmçinin təşviq siyasəti nəticəsində qeyri-neft sektorunda əsas kapitala vəsait qoyuluşu bu ilin ilk doqquz ayında 8,9 faiz artıb. Bu da onu göstərir ki, son 15 ildə üç dəfədən artıq böyümüş Azərbaycan iqtisadiyyatı davamlı inkişaf xəttini saxlayacaqdır. Eyni zamanda Azərbaycan Avrasiyanın mərkəzində nəqliyyat-logistika, rəqəmsal və neft-qaz layihələrini irəli aparmaqla, habelə sivlilizasiyalararası dialoq məkanı olmaqla kommunikasiya qovşağı rolunu oynayır.” ABŞ Dövlət Departametinin Bakıda səfərdə olan Qafqaz işləri və regional münaqişələr idarəsinin rəhbəri Ceril Fernandes isə təmsil etdiyi dövlətin Azərbaycanı strateji tərəfdaş hesab etdiyini, ölkədəki iqtisadi islahatları qiymətləndirdiyini və bir çox sahələr üzrə əməkdaşlıq imkanlarının mövcudluğunu vurğulayıb.

Anar




 
Bölməyə aid digər xəbərlər
21.11.2019
ABŞ maraqlarına uyğun olmayan “Silahlara Nəzarət“ razılaşmalarını imzalamayacaq
21.11.2019
“ABŞ NATO müttəfiqlərinə qarşı münasibətini dəyişməli olacaq“
20.11.2019
“Milli qaunvericiliyimiz uşaqları qoruyur”
20.11.2019
Elçin Əhmədov: Ermənistanın faşist ideologiyası, etnik təmizləmə və dövlət terrorizmi siyasəti
20.11.2019
“Onuncu Rusiya-Azərbaycan Regionlararası Forumu öz səmərəliliyini sübut edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info