Urgənc şəhərində “Əbədi dostluğumuz” adlı sərgi açılıb
Tarix: 07.11.2019 | Saat: 14:08:00 | E-mail | Çapa göndər


Özbəkistanın Xarəzm vilayətində keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində vilayətin mərkəzi Urgənc şəhərindəki Dövlət Dram Teatrında Azərbaycanın milli geyimlərinin də yer aldığı “Əbədi dostluğumuz” adlı sərgi açılıb.
Sərgidə Xarəzm vilayətinin hakimi Fərxad Ermanov, Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov, “Kaspi” qəzetinin təsisçisi, yazıçı-publisist Sona Vəliyeva, Azərbaycanın və Özbəkistanın alimləri, mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak ediblər.
Əvvəl iştirakçılar AMM-nin hazırladığı sərgiyə baxıblar.
Foyedə nümayiş edilən kitab sərgisində ölkəmizin bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, habelə Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər təqdim olunub. Azərbaycanın mənzərələrini əks etdirən fotolar, milli musiqi alətləri, qədim əşyalar və suvenirlər də maraqla qarşılanıb.
Sonra Urgənc Dövlət Universitetinin tələbələri tərəfindən “Qarabağ şikəstəsi”nin sədası altında Qarabağa aid milli qadın və kişi geyimləri nümayiş olunub. Milli libaslar nümayiş etdirildikcə hər bir libas haqqında tamaşaçılara məlumat verilib.
AMM-in nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər. Mədəniyyət günləri AMM-nin, “Özbəkturizm” Dövlət Komitəsinin, Azərbaycandakı “Kaspi” qəzeti və eyniadlı təhsil şirkətinin və Xarəzm vilayət hakimiyyətinin dəstəyi ilə keçirilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2019
Sevda Məmmədəliyeva Dövlət Ermitajının direktoru Mixail Piotrovski ilə görüşüb
18.11.2019
“İki xalqın oğlu Maqsud Şeyxzadə” kitabı çapdan çıxıb
18.11.2019
Ankarada Anka Azərbaycan Rəqs və Sənət klubunun növbəti tədris ilinin açılışı olub
18.11.2019
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
17.11.2019
Milli Kitabxanada Dirçəliş Günü ilə əlaqədar kitab sərgisi açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10945

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
4 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
5 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info