Qorxmaz Hüseynov: “Bir çox hallarda su filtrləri özü çirklənmə mənbəyinə çevrilir”
Tarix: 07.11.2019 | Saat: 14:08:00 | E-mail | Çapa göndər


“Bakıda su filtrlərinin reklamçıları "Azərsu"nun sakinlərə verdiyi suyu sərt şəkildə pisləyirlər”. Bunu "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib. O qeyd edib ki, bir çox hallarda su filtrləri özü çirklənmə mənbəyinə çevrilir: “Çünki həmin filtrlər çox ciddi xidmət tələb edir. Amma bu filtrlərin reklamı ilə "Azərsu"nun verdiyi suyun keyfiyyətinə şübhə formalaşdırırlar. Həmin şübhələrin heç bir əsası yoxdur. Bakıda əhaliyə verilən suyun keyfiyyəti yüksəkdir". Q.Hüseynov, həmçinin kooperativ binalarda suyun çirkli olması məsələsinə toxunub. O qeyd edib ki, kooperativ binaların özlərinin su anbarları olur: “Su anbarları ən azı ildə bir dəfə təmizlənməli və yuyulmalıdır. Ancaq təəssüflər olsun ki, bir çox korporativ binalarda bunu etmirlər. Bakı Şəhər İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi və digər müvafiq qurumlarla birgə bu istiqamətdə monitorinq və maarifləndirmə işləri aparılır”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.11.2019
Nikola Sarkozi Azərbaycanda olub
22.11.2019
İctimai Şuraların Bakı forumunun keçirilməsi təklif olunur
22.11.2019
“Gender əsaslı Bələdiyyə Akademiyasının” açılışı olub
22.11.2019
Sənaye şirkətlərinin üçdə ikisi kiber hücumları gizli saxlayır
22.11.2019
Kobud pozuntularla bağlı 41 hakim barəsində intizam icraatlarına baxılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub
5 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info