36 nəfər polis orqanlarına təyinat alıb
Tarix: 07.11.2019 | Saat: 19:29:00 | E-mail | Çapa göndər


Daxili İşlər Nazirliyində (DİN) müxtəlif illərdə dövlət ali təhsil müəssisələrini bitirmiş, sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edən əməkdaşların respublikanın şəhər, rayon polis orqanlarında vakant olan zabit yerlərinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında reallaşdığını xatırladıb və son illər bu praktikadan geniş istifadə olunduğunu bildirib. Nazir qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanın parlaq gələcəyinin yüksək intellektə, geniş dünyagörüşünə, dərin biliyə və işgüzarlığa malik, mükəmməl təhsil almış, dövlətçiliyə sadiq, vətənpərvər gənclərdən asılı olduğunu dəfələrlə vurğulayıb.
V. Eyvazov hazırkı tədbirin də göstərilən sahədə həyata keçirilən məqsədyönlü siyasətin növbəti təzahürü olduğunu bildirib. DİN-in Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov ərazi polis orqanlarında vakant olan zabit vəzifələrinin dövlət ali təhsil müəssisələrini bitirmiş, sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edən əməkdaşlarla komplektləşdirilməsinə dair Daxili İşlər nazirinin müvafiq tapşırığına əsasən, görülmüş işlər barədə məruzə edib.
O, qeyd edib ki, sözügedən tapşırığın icrası ilə əlaqədar olaraq aidiyyəti əməkdaşların şəxsi işləri öyrənilib, dövlət ali təhsil məktəblərinə qəbul zamanı yüksək bal toplayaraq əyani təhsil almış, xidmətdə müsbət xarakterizə olunan 199 əməkdaşın bilik və fiziki hazırlıq səviyyəsi yoxlanılıb. İmtahanların nəticəsinə görə daha üstün olan 36 nəfərin seçildiyi, həmin əməkdaşların istəkləri və iş yerləri nəzərə alınmaqla orta rəis heyəti vəzifələrinə təyin olunduqları diqqətə çatdırılıb. Daha sonra Nazirliyə dəvət edilmiş əməkdaşların zabit vəzifələrinə təyin olunmaları barədə Daxili İşlər nazirinin müvafiq əmri elan edilib. V. Eyvazov gənc zabitləri təbrik edərək onlara tapşırıq və tövsiyələrini verib.




 
Bölməyə aid digər xəbərlər
19.11.2019
Azərbaycanda son 4 il ərzində qadın hakimlərin sayı artıb
18.11.2019
STM yeni imtahan modeli ilə bağlı hesabatını təqdim edəcək
18.11.2019
“İncəsənət ilə məşğulolma həvəsinin artırılması üzrə konfransların təşkili”
18.11.2019
Prezident İlham Əliyev İordaniya səfirinin etimadnaməsini qəbul edib
18.11.2019
Prezident Qətərin yeni səfirinin etimadnaməsini qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10945

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
4 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
5 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info