Daha bir universitetdə tələbə və məzunlar üçün aktiv məşğulluq tədbiri keçirildi
Tarix: 08.11.2019 | Saat: 13:06:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Azərbaycan Turizm və Menecment Universitetinin birgə təşkilatçılığı ilə Universitetin tələbə və məzunları üçün “Karyerada ilk addım” adlı aktiv məşğulluq tədbiri keçirilib.
Tələbə və məzunlara işəgötürənlərlə ilkin əlaqələr qurmaq, işəgötürənlərə isə gələcəkdə onlara lazım olacaq ixtisaslı işçi qüvvəsinin seçimini aparmaq imkanı yaradılıb. Gənclər işəgötürənlərə şəxsi məlumatlarını təqdim ediblər.
Tədbir zamanı 32 dövlət və özəl müəssisədən, ümumilikdə 103 boş (vakant) iş yeri və təcrübə proqramları da təklif olunub. Vakant iş yerlərinə göndərişlər verilib, təcrübə proqramlarına cəlb edilmək istəyənlərin qeydiyyatı aparılıb.
Dövlət Məşğulluq Xidmətinin əməkdaşları tərəfindən tələbə və məzunlara aktiv məşğulluq tədbirləri, özünüməşğulluq proqramı, peşə hazırlığı kursları barədə məlumatlar veriblər. Cari il ərzində artıq 7 ali təhsil müəssisəsində “Karyerada ilk addım” adlı aktiv məşğulluq tədbirləri keçirilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
23.01.2020
Vilayət Eyvazovdan yeni təyinat
23.01.2020
“Gənc nəslin əsas ideyası və ideologiyası suverenlik, müstəqillik və öz ehtiyatlarımıza güvənməkdir”
23.01.2020
Prezidentin islahatlarının daha bir nəticəsi: Azərbaycan Korrupsiya Qavrama İndeksində 26 pillə irəliləyib
23.01.2020
“Bakcell” və İNNOLAND gənc developerləri investorlarla tanış edib
23.01.2020
ATƏT nümayəndəsi Fondun fəaliyyəti ilə yaxından tanış olub

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11436

1 Rusiya Ermənistanı sıxır: qazın qiyməti artırıla bilər
2 Azərbaycandakı bütün turizm bələdçiləri qeydiyyata alınacaq
3 Azərbaycanda yalnız sertifikat alanlar bələdçi kimi fəaliyyət göstərə biləcəklər
4 Türkiyə mətbəxindən “ Arnavut plovu“ -VIDEO
5 CAN təşkilatı Norveç XİN-ə 20 Yanvar faciəsi ilə bağlı müraciət ünvanlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info