“Azərbaycanlı olmaq, yaxud etnik, dini və milli kimlik nədir?” mövzusunda seminar keçirilib
Tarix: 08.11.2019 | Saat: 13:12:00 | E-mail | Çapa göndər


Azərbaycan İlahiyyat İnstitutunda “Azərbaycanlı olmaq, yaxud etnik, dini və milli kimlik nədir?” mövzusunda seminar keçirilib. Aİİ prorektoru Aqil Şirinov seminar iştirakçılarını salamlayaraq, mövzunun aktuallığına toxunub. Bildirib ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyardır. A. Şirinov ali təhsil müəssisəsində mütəmadi surətdə keçirilən konfrans, seminar, “dəyirmi masa” və təlimlərin təşkil olunmasında məqsədin gənclərimizə milli-mənəvi dəyərlərimizin və vətənpərvərlik ruhunun aşılanmasına, onların peşəkar mütəxəssis kimi yetişməsinə töhfə verməkdən ibarət olduğunu vurğulayıb.
Daha sonra “Etnoqlobus” Beynəlxalq Onlayn Analitik Mərkəzinin direktoru Gülnarə İnanc “Azərbaycanlı olmaq, yaxud etnik, dini və milli kimlik nədir” mövzusunda geniş məruzə edib. G. İnanc qeyd edib ki, tarixən Azərbaycanda müxtəlif xalqların nümayəndələri qarşılıqlı anlaşma və sülh şəraitində yaşayıblar. Bildirib ki, onlar Azərbaycan torpaqlarının düşmənlərdən müdafiəsi uğrunda birlikdə mübarizə aparıblar. Məruzəçi vətəndaşlarımızda etnik şüurun deyil, milli şüurun aparıcı amil kimi formalaşması təbii yolla baş verir və bunun arxasında tarixi, mədəni, dini və ictimai amillərin dayandığını bildirib. Seminar tələbələrin mövzu ətrafında suallarının cavablandırılması ilə yekunlaşıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2019
UNEC rektoru yeni Tələbə-rektorla görüşüb
18.11.2019
Xaricdə doktorantura təhsili üçün 100 nəfərin qəbulu planlaşdırılır
18.11.2019
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18.11.2019
İlahiyyat İnstitutunda seminar
18.11.2019
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10944

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
4 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info