“Qala Sığorta”nın Şəki nümayəndəliyinin açılışı olub
Tarix: 08.11.2019 | Saat: 13:51:00 | E-mail | Çapa göndər


Ölkənin ən aparıcı sığorta şirkətlərindən olan “Qala Sığorta” bölgələrdə yaşayan əhalinin sığorta məhsullarına əlçatanlığını təmin edilməsi istiqamətində apardığı işlərini uğurla davam etdirir. Şirkət əhalinin, o cümlədən müştərilərinin rahatlığını düşünərək regionda daha bir nümayəndəliyini istifadəyə verib. Şirkət daxili satış strategiyasının tələblərinə uyğun olaraq, bu gün Şəki şəhəri, M.F.Axundov küçəsi 9/6 ünvanında yerləşən ofisinin rəsmi açılışını qeyd edib.
Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, ofisin açılmasında məqsəd ölkənin bütün regionlarında, o cümlədən Şəki şəhərində təmsil olunmaqla vətəndaşlarımıza həyat və qeyri-həyat sığortası məhsulları üzrə keyfiyyətli və operativ xidmətlər göstərməkdir. Tədbirdə “Qala Sığorta” şirkətinin İdarə Heyətinin sədr müavini Taleh Yunsurov çıxış edərək bildirib ki, dövlət başçısının sosial sahədə həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən biri də yeni iş yerlərinin açılmasıdır. Son illər ərzində ölkə başçısının apardığı uğurlu siyasəti nəticəsində ölkədə işsizlik, yoxsulluq kimi problemlər, demək olar ki, həll edilib, əhalinin maaş, pensiya və müavinətləri dəfələrlə artıb. Bu şikayətə dəstək olaraq bildirmək istəyirəm ki, 2018-ci ilin yanvar ayından başlayaq “Qala Sığorta” şirkəti ölkənin müxtəlif regionlarında 10-a yaxın nümayəndəlik və satış ofisi açıb. Ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən nümayəndəliklər vasitəsi ilə 50-dən çox işçi işlə təmin olunub. Biz Şəki nümayəndəliyi ilə kifayətlənmirik, düşünürəm ki, bu siyasətimizi növbəti illərdə də davam etdirəcəyik” - deyə T.Yunsurov qeyd edib. Daha sonra çıxış edənlər bildiriblər ki, “Qala Sığorta” filial və nümayəndəlikləri vasitəsi ilə öz məhsullarını təqdim etməklə vətəndaşların sığorta məhsullarından yararlanması üçün rahat və əlçatan şərait yaradır. Məhz belə bir fürsətdən istifadə edərək Şəki və ona qonşu rayonların əhalisi yeni nümayəndəliyə yaxınlaşmaqla avtomobillərini, evlərini, hətta öz həyatlarını belə sərfəli şərtlərlə sığortalaya bilərlər.
Xatırladaq ki, ötən ilin əvvəlindən başlayaraq “Qala Sığorta” şirkəti indiyədək Lənkəran, Gəncə, Sumqayıt, Tovuz, Bərdə nümayəndəliklərinin, həmçinin Bakıda “Mərkəz filialı”nın rəsmi açılışlarını edib. Şirkətin daxili strategiyasına uyğun olaraq, növbəti ildə də müxtəlif regionlarda daha bir neçə nümayəndəlik və ya ofisin açılması planlaşdırılır. Yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC olan “Qala Sığorta” şirkəti müştərilərinə bir filial və 10 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 27 növü üzrə, o cümlədən 23 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.




 
Bölməyə aid digər xəbərlər
18.11.2019
Zərdabda gənclər arasında intellektual yarış keçirilib
18.11.2019
Masallıda XXV ənənəvi Respublika turnirinə yekun vuruldu
17.11.2019
Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq
17.11.2019
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16.11.2019
Həftəsonu ölkə ərazisində 16 dərəcə isti olacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10944

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
4 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info