ABC Tədris və İnkişaf Mərkəzi sınaq imtahanlarının təşkilinə başlayır
Tarix: 08.11.2019 | Saat: 13:52:00 | E-mail | Çapa göndər


Uzun müddətdir ki, fəaliyyət göstərən ABC Tədris və İnkişaf Mərkəzi valideyn və uşaqları öz xidmətləri ilə məmnun edir. Ayrı-ayrı vaxtlarda müxtəlif bilik yarışları, maarifləndirici xarakterli layihə və görüş, seminarların təşkili bunu deməyə əsas verir ki, mərkəz yalnız uşaqlara, məktəbli və eləcə də böyüklərə tədris etdiyi müxtəlif fənlərlə yanaşı onların biliklərini genişlənməsi üçün yeniliklər də gətirir. Belə yeniliklərdən biri də mərkəzin sınaq imtahanları keçirməyə başlamasıdır. ABC Tədris və İnkişaf Mərkəzinin rəhbəri Leyla Həsənovanın verdiyi məlumata görə artıq bir dəfə belə bir imtahan təşkil edilib: “Oktyabrdan etibarən sınaq imtahanları keçirməyə başlamışıq. Hər ay Dövlət İmtahan Mərkəzinin qaydalarına əsasən mövzu sınaq və abituriyent imtahanlar etməyi planlayırıq. Yəni məsələn, oktyabr ayında keçirilən imtahanda həmin günə kimi keçirilən dərsləri əhatə edən suallar təşkil etmişdi. İmtahanlar əsasən bazar günləri təşkil ediləcək. Artıq ötən ayın 20-də bir imtahan təşkil etmişdik. Bu ay isə 17 və 24 noyabrda iki gün olmaqla iki hissədən ibarət imtahan təşkil olunacaq. Səbəb isə bu ay məktəbəqədər Azərbaycan və rus bölməsi, 8,9,10,11- ci siniflərə Blok və Buraxılış və rus bölməsi üzrə ibtidai siniflərin əlavə olunmasıdır. 17 noyabr tarixində 1,2,3,4,5,6,7,8 siniflərə Mövzu sınaq imtahanı, 8,9,10,11-ci siniflərə blok imtahanları keçiriləcək. 24 noyabr tarixində isə məktəbəqədərlər rus və Azərbaycan bölməsi, ibtidai rus bölməsi və 8,9,10,11-ci siniflərə Buraxılış imtahanı keçiriləcək”.
Xatırladaq ki, ABC Tədris və İnkişaf Mərkəzinin ötən ay təşkil etdiyi imtahanlarda qaliblər-ən yaxşı nəticələr göstərənlər müəyyənləşərək müxtəlif hədiyyələrlə mükafatlandırılıblar. Leyla Həsənova deyir ki, bu dəfə də uşaqlar üçün xüsusi təltiflər və hədiyyələr nəzərdə tutulur. İmtahan mərkəzin 7-ci mikrorayondakı, və 8-ci mikrorayonda yerləşən hər iki filialında keçiriləcək. Noyabrın 17-si və 24-də təşkil ediləcək bu imtahanlara yalnız mərkəzdə tədris alan və buranın xidmətlərindən yararlanan uşaq və məktəblilər deyil, eyni zamanda öz biliyini yoxlamaq istəyən digər uşaqlar da müraciət edə bilərlər. Onu da deyək ki, Buraxılış imtahanları dinləmə mətni ilə təşkil ediləcək.

Tural




 
Bölməyə aid digər xəbərlər
09.07.2020
Dörd peşə təhsil mərkəzi publik hüquqi şəxs statusunu əldə edib
09.07.2020
Ulu Öndərin hakimiyyətə gəlməsinin 51-ci ildönümünə həsr olunmuş onlayn tədbir keçirilib
09.07.2020
Abdulla Şaiqin kitablarını elektron formatda təqdim edir
09.07.2020
Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunur
08.07.2020
BDU-da bu gün 4203 tələbə imtahanda iştirak edib

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 Asan plov -VİDEO
2 Balaxanı qəsəbəsi turizm marşrutlarına salınacaq
3 ATU: COVİD-19 testinin nəticəsi pozitiv olan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır
4 “Turan eşqi” kitabı Azərbaycanda Atatürk Mərkəzi tərəfindən nəşr olunub
5 Prezident: Avropa İttifaqının Şərq-Qərb nəqliyyat dəhlizinə marağı artmaqdadır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info