Niderland Krallığında fəaliyyət göstərən Türk media qurumları ilə görüş
Tarix: 08.11.2019 | Saat: 14:55:00 | E-mail | Çapa göndər


Xəbər verdiyimiz kimi, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Avropada bir sıra tədbirlər keçirir. Layihə çərçivəsində Azərbaycan nümayəndə heyəti Rotterdam şəhərində Hollandiya Azərbaycan-Türk Kültür Dərnəyinin təşkilatçılığı ilə Niderland Krallığında fəaliyyət göstərən Türk media qurumları ilə görüşüblər.
Görüşdə Niderlandda fəaliyyət göstərən Holandiya Azərbaycan-Türk Kültür Dərnəyinin başkanı İlhan Aşkın, başkan yardımçısı Altan Göleli, Belçika Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi, mətbuat nümayəndələri - Dəniz radio və tv sahibi Özcan Özbay, Manşet qəzetinin yazarı Mehmet Ali Topçu, jurnalist Engin Kula, Ahaber TV Hollandiya təmsilçisi Fatih Özyar, Doğuş qəzeti yazarı Zeynəl Abidin Kılıç, Live 24 kanalının aparıcısı Yavuz Nüfel, Gür Media və Güncel haberin yazarı Hikmət Gür, jurnalistlər Ali OkşakŞ Coşkun Yegenoğlu, Bülent Türker iştirak ediblər.
Deniz Tv və radio yayınlarının ofisində baş tutan görüş həm də Deniz TV vasitəsilə canlı yayımlanıb. Görüş-müzakirələrdə Azərbaycan həqiqətlərinin Avropada təbliğ olunması, bu təbliğat işində Avropada fəaliyyət göstərən media qurumların üzərinə düşən vəzifələr müzakirə olunub. Canlı yayımda təqdim olunan verlişi buradan izləyə bilərsiniz. Proqram "Azərbaycana tam dəstək" başlığı ilə təqdim olunub. (https://radyodeniz.com/index.php/2019/11/07/azerbaycana-tam-destek/?fbclid=IwAR2Zu2JX3JSk8DwmJhsZc9N3KzhDcIN07tQDOeOF55BX5SUr-UhIf1vsdKI)
Qeyd edək ki, görüşdə Azərbaycan nümayəndə heyətinin tərkibində Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin üzvü Əflatun Amaşov, ATXƏM-in sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü İlham İsmayılov, ATXƏM-in icra katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin və "Hədəf Global" qrupunun rəhbəri, "Ustad" jurnalının baş redaktoru, dos.dr. Şəmil Sadiq iştirak ediblər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.11.2019
STM yeni imtahan modeli ilə bağlı hesabatını təqdim edəcək
18.11.2019
“İncəsənət ilə məşğulolma həvəsinin artırılması üzrə konfransların təşkili”
18.11.2019
Prezident İlham Əliyev İordaniya səfirinin etimadnaməsini qəbul edib
18.11.2019
Prezident Qətərin yeni səfirinin etimadnaməsini qəbul edib
18.11.2019
“Loqos”un əməkdaşı mükafat qazanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10944

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
4 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
5 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info