ABŞ-ın ATƏT-dəki səfiri Qarabağ münaqişəsinin tərəflərini nizamlama ilə bağlı konkret addımlar atmağa çağırır
Tarix: 08.11.2019 | Saat: 15:44:00 | E-mail | Çapa göndər


ABŞ ATƏT Minsk qrupunun işinə böyük əhəmiyyət verir və Dağlıq Qarabağ münaqişəsinin tam nizamlanmasına sadiqliyini bildirir. Trend-in məlumatına görə, bunu ABŞ-ın ATƏT-dəki səfiri Ceyms Gilmor təşkilatın Daimi Şurasının iclasında deyib.
O, son aylarda qoşunların təmas xəttindəki itkilərdən narahat olduqlarını ifadə edib:
“Bu, münaqişə çərçivəsində davam edən insan itkilərini göstərir və yerlərdə, eləcə də paytaxtlarda gərginliyi artırır. Bu, həm də nizamlama perspektivlərini azaltmaqla inamsızlıq və düşmənçiliyi artırır. Eyni zamanda Azərbaycan və Ermənistan liderləri və xarici işlər nazirləri arasında konstruktiv əlaqələr ümid verir. Əlaqələrin səviyyəsi nəticə verə bilər və verməlidir. Biz tərəfləri ölkələrin əhalisini sülhə hazırlamaq və gərginliyi azaltmaq üçün bu il ərzində müzakirə olunan konkret humanitar və təhlükəsizlik tədbirləri barədə razılığa gəlməyə çağırırıq”. C.Gilmorun sözlərinə görə, bu məsələlər barədə razılıq kifayət deyil: “Biz tərəfləri tez bir zamanda konkret addımlar atmağa çağırırıq”. Səfir əlavə edib ki, tərəflərin əhalini sülhə hazırlamağın vaxtı çatıb: “ABŞ azərbaycanlılar və ermənilər arasında etimadın möhkəmləndirilməsi və dialoqun genişləndirilməsi üzrə tədbirləri dəstəkləyir. Dialoqda iştirak edənlər bunu azad və qorxusuz şəkildə, öz yurdlarına qayıtmaqları üçün ittiham olunmadan etməlidirlər. Münaqişənin hərbi yolla həlli ola bilməz və status-kvo qəbulolunmazdır”.




 
Bölməyə aid digər xəbərlər
19.11.2019
Fransa portalı dünya dini liderlərinin II Bakı Sammitindən yazıb
19.11.2019
Mehriban Əliyeva Avropa və dünyada ciddi mədəni və sosial layihələrə verdiyi dəstəklə diqqəti özünə çəkib
18.11.2019
Müxalifətin “mühacir biznesi” qalmaqalı böyüyür
18.11.2019
ABŞ-ın yəhudi lobbisindən Azərbaycana dəstək
17.11.2019
Müsavatın iç üzü Avropa gündəmində

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10944

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
4 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
5 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info