Azərbaycanda Beynəlxalq Savadlılıq Günü qeyd edildi
Tarix: 09.09.2013 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


8 sentyabr Beynəlxalq Savadlılıq Günü kimi qeyd edilir. BMT-nin bu günlə bağlı müraciətində bildirilir ki, dünyada 773 milyondan çox gənc və yaşlı insan bu müraciəti oxuya bilmir. Hələ də tam oxuyub yazmağı bacara bilməyən bu cür insanlar həmyerlilərimizin də sıralarında var. Onlar iş üçün ərizə formasını doldura bilmiyəcək, avtobus cədvəlini oxuya bilməyəcək və öz övladlarına nağılı ucadan oxuya bilməyəcəklər. Onların üçdə ikisi cəmiyyətdə tam iştirak etmək üçün bu mühüm amildən məhrum olan qadınlardır. Biliklərə əsaslanan eramızda savadlılıq daha adil, inkluziv və dayanıqlı dünya üçün təməldir. Bu yol Minilliyin İnkişaf Məqsədlərinə nail olunmasını gücləndirər. Savadlılıq insanların sağlamlığı və qida rasionunu yaxşılaşdırmaq, dolanışıq imkanlarını genişləndirmək, ekoloji dəyişikliyə uyğunlaşmaq və məlumatlı seçim etmək üçün informasiyanın əldə olunmasına imkan verir. Sərmayələri təhsil və savadlılığa yatırmaqla onları insanın şərəf və ləyaqətinə, inkişafa və sülhə yatırmış oluruq. Buna görə də BMT hər bir uşağın məktəbə gedə bilməsini təmin etmək üçün Qlobal Təhsil üzrə Birinci Təşəbbüs irəli sürüb. Dünyada ibtidai məktəb yaşında olan ən azı 250 milyon uşaq oxuya, yaza və saya bilmir. Bu oğlan və qızların yarısı heç vaxt məktəbə də getmir və ya dörd ili tamam olmamış dərsdən uzaqlaşdırılır. Orta məktəbi bitirənlər də daxil olmaqla digər 200 milyon yeniyetmənin isə əsas savadlılıq bacarıqları yoxdur, buna görə də, bizim bu təşəbbüsümüz təhsilin keyfiyyətini yaxşılaşdırmaq, eləcə də qlobal vətəndaşlığın möhkəmləndirilməsini əhatə edir. BMT bütün ölkələri öz siyasətlərində təhsil və savadlılığı milli prioritet elan etməyə və bu məqsədlərə nail olmaq üçün cəmiyyətdəki tərəfdaşlarla birlikdə işləməyə çağıraraq bildirir ki, biz savadlılığı təşviq etməklə milyonlarla insanın həyatlarının və bizim ortaq gələcəyimizin yeni imkanlar fəsilini yazmasına kömək etmiş olarıq.
BMT-nin İctimai İnformasiya Departamentinin (UN DPİ) təşəbbüsü ilə Azərbaycanda Beynəlxalq Savadlılıq Günü qeyd edildi. Ağcabədi rayonunda Bakcell şirkətinin dəstəyi ilə Gənclər üçün Təhsil Mərkəzi ilə birlikdə Günlə bağlı və qarşıdan gələn Bilik Günü münasibəti ilə tədbir təşkil olunub.
Tədbirdə Günün mahiyyəti və BMT-nin təhsil sahəsində gördüyü işlərə dair təqdimatlar edilib. Həmçinin məcburi köçkün ailəsindən olan və bu il birinci sinfə qədəm qoyacaq şagirdlərə Bakcell tərəfindən məktəbli çantası və digər dərs ləvazimatları hədiyyə olaraq paylanılıb. Bundan başqa Ağcabədi rayon ictimaiyyəti üçün BMT-nin Minilliyin İnkişaf Məqsədləri mövzusunda seminar keçirilib.
Günün qeyd olunmasında məqsəd savadlılığın insanlar, icmalar və ümumilikdə cəmiyyət üçün faydalı olmasına diqqət çəkməkdir. UNESCO həmçinin beynəlxalq ictimaiyyətə savad almağın insan haqlarından biri olduğunu xatırladır və bütün elmlərin əsası olduğunu vurğulayır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır
24.06.2019
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24.06.2019
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
23.06.2019
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur
22.06.2019
Naxçıvan Muxtar Respublikası əhalisinin sayı 457 min nəfərə çatır

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info