Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
Tarix: 08.11.2019 | Saat: 16:14:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin ideya müəllifliyi və “Ön söz”ü ilə Bolqarıstanda Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri”i nəşr edilib.
Ədəbiyyat İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, akademik İsa Həbibbəylinin “Cəlil Məmmədquluzadə və Azərbaycan ədəbiyyatının “Molla Nəsrəddin” dövrü” adlı “Ön söz”ündə böyük demokrat yazıçının həyatı və yaradıcılığından, mollanəsrəddinçi müasirlərinin xidmətlərindən geniş bəhs olunur. Cəlil Məmmədquluzadənin Sofiyada çap olunmuş “Seçilmiş əsərləri”nin Bolqarıstan Milli Kitabxanasında akademik İsa Həbibbəylinin iştirakı ilə geniş təqdimatı və müzakirəsi keçirilib.

Cəlil Məmmədquluzadənin İlk dəfə bolqar dilində çap olunan “Seçilmiş əsərləri”nin məsul redaktoru Bolqarıstan Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun direktoru, professor Elka Traykovadır. Tərcümənin redaktoru Bolqarıstan Sofiya Dövlət Universitetinin Azərbaycanşünaslıq Mərkəzinin direktoru Sofiya Şiqayeva Mitreskadır.
Əsərləri Azərbaycan dilindən bolqar dilinə Sofiya Şiqayeva Mitreska (“Poçt qutusu” və “Molla Fəzləli”), Sofiya Dövlət Universitetinin türkologiya ixtisası üzrə təhsil alan tələbələri Aysun Yumer (“Kişmiş oyunu”), Alper Emurlov (“Usta Zeynal”), Çiydem Aliosmanova (“Saqqallı uşaq” və “Dəllək”), Liliya Yordanova (“Nigarançılıq”) və Janet Nikolova (“Bəlkə də qaytardılar”) tərcümə ediblər. Bolqarıstan Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun “Boyan Penev” nəşriyyatında işıq üzü görən kitabın korrektoru Emiliya Aleksiyeva, dizayner və naşiri isə Katerina Blkovadır.
Qeyd edək ki, indiyə qədər akademik İsa Həbibbəylinin ideya müəllifliyi ilə Cəlil Məmmədquluzadə irsinin dünyada tanıdılması istiqamətində onun əsərləri Rusiyada (1999), Pakistanda (2004), Misirdə (2007), Ukraynada (2010), Macarıstanda (2011), Gürcüstanda (2016), Litvada (2017), Özbəkistanda (2018), Tacikistanda (2019) və Bolqarıstanda (2019) işıq üzü görüb.




 
Bölməyə aid digər xəbərlər
17.01.2020
UNEC-də 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunub
17.01.2020
Elm Tarixi İnstitutunda 20 Yanvar Ümumxalq Hüzn Gününün 30-cu ildönümü qeyd olunub
17.01.2020
Aİİ-də Şura üzvləri və KİV təmsilçiləri imtahan sessiyasının gedişatını izləyiblər
17.01.2020
Aİİ-də 20 yanvar faciənin otuzuncu ildönümü münasibətilə tədbir keçirilib
16.01.2020
BDU-nun Elmi Kitabxanasında 20 Yanvar faciəsi ilə əlaqədar tədbir keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11432

1 Türk dünyasının məşhur Azərbaycan şairi Türkiyə dərgisində
2 Astarada Qarabağ müharibəsi əlilləri ilə görüş
3 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
4 MSK deputatlığa namizədlərin ilkin siyahısını açıqlayıb
5 “Azərbaycanla Avropa arasında körpü olmağı hədəfləyirik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info