Ukraynada Azərbaycanın ilk Mədəniyyət və İnformasiya Mərkəzinin açılışı olub
Tarix: 08.11.2019 | Saat: 21:19:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycanın Ukraynadakı Səfirliyinin təşkilatçılığı ilə Xarkov şəhərində ölkəmizin ilk Mədəniyyət və İnformasiya Mərkəzinin rəsmi açılış mərasimi keçirilib.
Trend xəbər verir ki, açılış mərasimində Azərbaycan Mədəniyyət Nazirliyinin rəsmiləri, səfirliyin, "SOCAR Ukraine"nin əməkdaşları, Xarkov Vilayət Dövlət Administrasiyasının, şəhər meriyasının nümayəndələri, Ukraynanın ictimai-siyasi xadimləri, soydaşlarımız iştirak edib.
Tədbir Azərbaycan və Ukraynanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Sonra iki ölkənin dövlət bayrağı 12 metr hündürlükdə havaya qaldırlıb.
Mərkəzin fəaliyyətə başlamasını tarixi hadisə adlandıran Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, 9 noyabr-Dövlət Bayrağı Günü ərəfəsində Ukraynanın ikinci ən böyük şəhərində üçrəngli bayrağımızın dalğalanması qürurvericidir. Dövlət bayrağımızın dalğalanması burada yaşayan soydaşlarımızın milli özünüdərk və müstəqillik ideallarını, həmrəylik duyğularını gücləndirəcək. Səfir bildirib ki, Prezident İlham Əliyevin tapşırığı və tövsiyəsi ilə Ukraynada Azərbaycan mədəniyyəti və tarixinin tanıdılması üçün bir sıra layihələr həyata keçirilir. Xarkovda Azərbaycanın Mədəniyyət və İnformasiya Mərkəzinin fəaliyyətə başlaması ölkəmizin mədəniyyətini, tarixini təbliğ etməkdə öz töhfəsini verəcək.
A.Xudiyev Ukraynanın digər şəhərlərində də Azərbaycanın Mədəniyyət mərkəzlərinin açılacağının planlaşdırıldığını vurğulayıb. Səfir sonda göstərdikləri dəstəyə görə Xarkov merinə təşəkkürünü bildirib.
Sonra çıxış edən Azərbaycan Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Fikrət Babayev bildirib ki, Azərbaycan və Ukrayna arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlıq yüksək səviyyədədir: "Azərbaycan dövləti həmişə xarici ölkələrdə mədəniyyətimizin təbliği üçün istənilən təşəbbüsü dəstəkləyir. İnanıram ki, Azərbaycanın bu mədəniyyət mərkəzi Xarkovlular və şəhərin qonaqları üçün xüsusi əhəmiyyətə malik olacaq. Mədəniyyət tədbirlərinin keçiriləcəyi məkana çevriləcək".

Azərbaycanın dövlət bayrağı günü ərəfəsində Xarkovda belə möhtəşəm Mədəniyyət mərkəzinin açılmasının xüsusi məna verdiyini deyən şəhər merinin birinci müavini İqor Terexov bildirib ki, Mərkəz iki ölkənin dost münasibətlərini daha da möhkəmləndirəcək.
Xarkov vilayət Dövlət Administrasiyasının İqtisadiyyat və beynəlxalq münasibətlər departamentinin direktoru Andrey Kolos, Azərbaycan Mədəniyyət və İnformasiya Mərkəzinin direktoru, Ukraynanın Xalq rəssamı, heykəltəraş, soydaşımız Seyfəddin Qurbanov çıxış edərək Mərkəzin əhəmiyyətindən danışıblar.
Daha sonra Mərkəzin rəmzi açılışını bildirən qırmızı lent kəsilib. Açılış zamanı Kiyev Texnologiya və Dizayn Milli Universitetinin aspirantı Elnarə İsgəndərova, Samux rayon Heydər Əliyev Mərkəzinin müdiri Nuranə Həsənova, Gəncə Dövlət Texnologiya Universitetinin dissertantı Hicran Ramazanova qonaqlara Qarabağ xanlığının milli geyimlərinin təqdimatını ediblər.
Tədbir Azərbaycanın və Ukraynanın sənət adamlarının konsert proqramı ilə davam edib.
Qeyd edək ki, Mədəniyyət və İnformasiya Mərkəzi ərazisində Azərbaycan və Ukraynanın sarsılmaz dostluğunu tərənnüm edən abidə, hər iki ölkənin mütəfəkkirləri və tarixi şəxsiyyətlərin heykəlləri, müxtəlif kompozisiyalar mövcuddur.




 
Bölməyə aid digər xəbərlər
18.11.2019
“İki xalqın oğlu Maqsud Şeyxzadə” kitabı çapdan çıxıb
18.11.2019
Ankarada Anka Azərbaycan Rəqs və Sənət klubunun növbəti tədris ilinin açılışı olub
18.11.2019
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
17.11.2019
Milli Kitabxanada Dirçəliş Günü ilə əlaqədar kitab sərgisi açılıb
17.11.2019
Azərbaycan ilə Rusiya arasında mədəniyyət sahəsində əlaqələr müzakirə olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10944

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
4 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info