Bakıda ticarət mərkəzindən qızıl oğurlandı
Tarix: 08.11.2019 | Saat: 21:24:00 | E-mail | Çapa göndər


Səbail rayonunda yerləşən Ticarət Mərkəzlərindən birində qızıl alqı-satqısı dükanından oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, zərərçəkən sahibkar polisə müraciət edərək dəyəri iki min manat olan üzüyün naməlum şəraitdə oğurlandığını bildirib.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törədən əvvəllər məhkum olunmuş paytaxt sakini Elvin Məmmədzadə saxlanılıb.
O, ifadəsində törətdiyi cinayəti etiraf edərək oğurladığı üzüyü metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında satdığını bildirib.
Qeyd edək ki, E.Məmmədzadənin obyektdən oğurluq etməsi mağazanın müşahidə kameraları vasitəsilə də anbaan lentə alınıb.
Elvin Məmmədzadə barəsində 39-cu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində göndərilib. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Səbail Rayon Polis İdarəsi və ya 39-cü Polis Bölməsinə müraciət edə bilərlər.




 
Bölməyə aid digər xəbərlər
09.12.2019
CAR-da mədəndə qəza nəticəsində 4 fəhlə öldü
08.12.2019
Litvada idman təyyarəsi qəzaya uğrayıb
08.12.2019
Azərbaycanda məmur qəza törətdi
08.12.2019
Odessada kollecdə yanğın nəticəsində həlak olanların sayı 10-a çatıb
08.12.2019
Qəzada oğlunun öldüyünü zənn edən kişi dünyasını dəyişdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info